Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanıb. Ü. Yusifov yaşadığı Tasmalı kəndində özünə məxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı