Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.
Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əbülfəz Əsgərov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 355 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı