Daxili işlər orqanları qanunsuz saxlanan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanaraq Polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah, əlində olan sellofan torbadakı qutunun içərisindən isə 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat “Kalaşnikov” gülləsi aşkar olunaraq götürülüb. Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.
Mahir MƏSİMOV DİN Mətbuat Xidmətinin əməkdaşı