Xətai RPİ-nin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ə.Həsənova və P.Höccətova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Bizyarkin saxlanıb.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə E.Abbasova və F.Şərifova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev saxlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı