Astara Rayon Polis Şöbəsinə müraciət edən Pensər kənd sakini E.Əliyev mayın 16-17-də həyətyanı sahəsindən ümumilikdə 2500 ədəd limonun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun kənd sakini Seymur Kişiyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Oğurladığı limonların böyük hissəsini satdığı müəyyən edilsə də, 300-ə yaxın limon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı