Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.
Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova “İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı