Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Dadaşovdan narkotik vasitə olan heroin aşkar edilib.
Ətrafında aparılan tədbirlərlə onun külli miqdarda narkotik vasitəni gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun Boradigah qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında gizlətdiyi 435 qram marixuana da aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübut ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı