2018-ci il may ayının 26-dan 28-dək daxili işlər orqanlarında
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat…
- Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 188 cinayət faktı qeydə alınmış, onların da 40-ı “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 16 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı