Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub. Ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildirib.
Məlumat aidiyyəti üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanıb.
Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.
Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat verib.
Ailəsinə təhvil verilən qadının yaxınları müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə qanun keşikçilərinə minnətdarlıq edib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı