DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Qaraqurtlu kənd ərazisindəki evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub. Hadisə yerində araşdırmalar aparan polis əməkdaşı pəncərəni sındırma yolu ilə evə qanunsuz daxil olunduğunu, ev sahibinə 1920 manat maddi ziyan vurulduğunu aşkar edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini Fərid Bayramov və Həsənqala kənd sakini Tahir Şahnəzərov saxlanıb.
Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edən hər iki şəxs gecə saatlarında pəncərəni daşla sındıraraq daxil olduqlarını, oradan dəyəri 1000 manat olan 1 ədəd kombi istilik sistemi və 4 ədəd, hər birinin dəyəri 230 manat olan taxta qapı oğurladıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Nizam HƏMİDOV polis leytenantı