Mayın 21-nə keçən gecə saat 1.20-də Şəki Rayonlararası Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə - M.Müşfiq küçəsindəki “Uşaq aləmi” mağazasına gələn polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıb.
Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alət aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı