Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıb.
19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı