Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı