DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu torətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlərlə” saxlanıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.
Saxlanan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən onun digər rayon sakininin 100 manatını oğurladığı da müəyyən edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizam HƏMİDOV
polis leytenantı