DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub. Törətdiyi cinayət əməlini etiraf edən saxlanan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.
Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Nizam HƏMİDOV polis leytenantı