DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə mayın 8-də rayon ərazisindəki evlərin birindən 900 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Araşdırmalarla onun Şuraabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Qulami olduğu müəyyən edilib. O, torətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı qızılların bir qismini Sumqayıt şəhərində tanımadığı şəxslərə satdığını bildirib.
Qızıl-zinət əşyalarının digər qismi - qızıl qolbağ və 1 qızıl üzük isə polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Nizam HƏMİDOV polis leytenantı