Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan məktəblilərinin “Ölkəmizi tanıyaq” aksiyasının misilsiz dövlətçilik əhəmiyyəti müzakirə olunur

Image


Təzəgül Yusifova: “Bu layihənin həyata keçirilməsi məktəblilərin ölkəmizin hər bir bölgəsi haqqında daha zəngin informasiya əldə etməsində mühüm rol oynayır”
Kamran Əsədov: “Hesab edirəm ki, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir”
Fariz Xəlilli: “... çox önəmli bir layihədir”

 

Uşaqlar bizim gələcəyimizdir. Bu baxımdan onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi zəruridir. Bugünkü uşaqlara Azərbaycanı tanıması, bölgələrimizə, onun tarixinə, mədəniyyətinə bələd olması olduqca vacibdir.

Məlum olduğu kimi, ölkəmizin şagirdlərə, uşaq və yeniyetmələrə tanıdılması istiqamətində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən tur-aksiyaya Azərbaycanın bütün bölgələrindən olan məktəblilər qoşulur.

Təhsil ekspertlərinin bildirdiyinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin dünyagörüşünün artırılması, intellekt səviyyəsinin yüksəldilməsi, ölkəmiz haqqında yeni biliklər əldə etməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, erməni işğalı nəticəsində öz doğma yurdlarını itirən məktəblilər də bu tur-aksiyada yaxından iştirak edirlər. Məsələn, Xocalı məktəbliləri keçən il Qəbələ-Şəki-Zaqatala bölgəsinə səyahət ediblər.

Bir rayonun məktəblilərinin tur-aksiyası çərçivəsində başqa bir rayona səyahət etməsinin mühüm bir iş olduğunu deyən ekspertlər bildirirlər ki, başqa rayona təşkil edilən tur-aksiya zamanı şagirdlər ayrı-ayrı rayonlarımızın inkişafını görür, quruculuq və abadlıq işləri ilə tanış olur, yeni biliklər əldə edirlər.

Onu da vurğulayaq ki, Naftalan şəhər ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarında olublar.

Təhsil ekspeti, tarixçi Təzəgül Yusifova bizimlə söhbətində qeyd etdi ki, layihənin əsas məqsədi  ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətlərini şagirdlər arasında təbliğ etməkdir: “Bu layihə çərçivəsində, həmçinin, şagirdlər, məktəblilər ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış ola bilirlər. Ümumiyyətlə, bu tur-aksiyanın böyük əhəmiyyəti var. Məktəblilər Azərbaycanı qarış-qarış gəzib Vətənimizin tarixini öyrənirlər. Təbii ki, bölgələrimiz fərqlidir və hər birinin özünəməxsus gözəlliyi, tarixi, folkloru, mədəniyyəti, abidələri var. Bu layihənin həyata keçirilməsi məktəblilərin ölkəmizin hər bir bölgəsi haqqında daha zəngin informasiya əldə etməsində mühüm rol oynayır. Məsələn, Naxçıvan məktəblərinin şagirdləri bu tur-aksiya çərçivəsində Bakının Suraxanı rayonunda qonaq olublar, yaxud Suraxanı və Qaradağ məktəbliləri Naxçıvanı ziyarət ediblər. Daşkəsən məktəbliləri Lənkəran-Astara-Masallı bölgəsində olublar. Çox sevindirici haldır ki, bu tur-aksiyada iştirak edən məktəblilərə Vətənimizin tarixi haqqında ətraflı məlumat verilir. Məsələn, onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məlumatlandırılırlar. Bu da mühüm məsələdir. Şagirdlər getdikləri rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış olurlar, bu da onların yaddaşında silinməz izlər buraxır, dünyagörüşlərini zənginləşdirir.

Gəncə məktəblilərinin də Lənkəran-Masallı-Astara marşrutu üzrə sözügedən rayonlara səyahət etməsi diqqətçəkəndir. Belə ürəkaçan faktlar çoxdur. Bu layihə, keçən il olduğu kimi, bu il də uğurla həyata keçirilir. Düşünürəm ki, bu tur-aksiyanın Azərbaycanın hərtərəfli tanıdılması istiqamətində rolu böyükdür. Dağlıq Qarabağ problemi həll edildikdən sonra qaçqın, məcburi köçkün şagirdlər öz torpaqlarına qayıdacaqlar, gün gələcək Bakıdan və digər bölgələrdən onlara da şagirdlər qonaq gedəcəklər. Biz o günü səbrsizliklə gözləyirik”.

Tanınmış təhsil eksperti, tarixçi-alim Kamran Əsədov da bizimlə söhbətində “Ölkəmizi tanıyaq” tur-aksiyanın əhəmiyyətinin yüksək olduğunu bildirdi: “İlk növbədə qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları təşkil edilir. Hesab edirəm ki, bu layihə həqiqətən də respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisədir və məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verir.
Xatırladım ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi icra hakimiyyəti nümayəndələri ilə bu turları təşkil edir və bu olduqca maraqlı, vacib bir addımdır. Bütün dünya ölkələrində təhsil müəssisələri arasında münasibətlərin, əməkdaşlığın genişləndirilməsi üçün bu tipli turlar həyata keçirilir.
Hətta Sovet dönəmində də Azərbaycan məktəbliləri pioner düşərgələrinə cəlb olunurdu. Bu layihənin müsbət tərəfi də odur ki, şagirdlər dərsliklərdə gördükləri tarixi yerləri, abidələri əyani şəkildə görürlər”.
K.Əsədovun sözlərinə görə, bu layihənin müsbət tərəfləri çoxdur, lakin onun gələcək üçün daha mükəmməl işlənilməsinə ehtiyac var. “Müsbət tərəfləri ilə yanaşı, gələcəkdə bu layihədə müəyyən dəyişikliklər edilməsi barədə düşünmək lazımdır. İlk növbədə isə turların iştirakçılarının sayı və tura cəlb olunmasından başlamaq lazımdır. Hesab edirəm ki, təkcə təhsil nəticələri yüksək olan məktəblilər yox, həm də zəif nəticə əldə edən məktəblilər də bu layihənin iştirakçılarına çevrilməlidirlər. Bundan əlavə, bu turları təkcə ölkə ərazisinə yox, xarici ölkələrə də təşkil etmək lazımdır. Çünki bizim təhsilimiz dünyaya inteqrasiya proseslərini yaşayır. Bunun daha sürətli həyata keçirilməsi üçün məktəblilər arasında məlumatların çoxalması müsbət təsir göstərəcək”- deyə bildirən K.Əsədovun sözlərinə görə, təhsil sisteminin ayrılmaz hissələrindən birini də məhz fərqli yerlərə ekskursiyalara getmək təşkil edir.

O qeyd etdi ki, məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini məhz bu addımlar təşkil edir. Ekspert vurğuladı ki, on iki ayın doqquz ayını dərs oxumaq, imtahanlara, sınaqlara hazırlaşmaq hər bir şagird üçün çox yorucudur.
“Dünya təhsil təcrübəsində şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili məktəbin tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Məhz bu addımlar sayəsində şagirdlər Azərbaycanın bölgələrini gəzir, digər məktəbli həmyaşıdları ilə tanış olub əlaqələr qurur, bölgələrimizi tanıyır, tarixi yerləri görürlər” - deyə ekspert bildirdi.

MİRAS – Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarixçi-alim Fariz Xəlilli də layihənin olduqca dəyərli olduğunu qeyd etdi: “Doğrudan da, “Azərbaycanı tanıyaq” layihəsi çox önəmli bir layihədir. Bu layihənin Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə həyata keçirilməsi dəyərli bir addımdır. Azərbaycanın bir bölgəsindən başqa bölgələrinə məktəblilərin səyahət etməsi onlarda vətənpərvərlik hisslərini gücləndirməklə yanaşı, həm də maddi və qeyri-maddi mədəni irsə, ölkəmizin zənginliyinə, möhtəşəm tariximizə böyük sevgi hissi aşılayır, yaradır. Məktəblilər bu irsi həm öyrənir, həm də təbliğ edirlər. Bu layihənin həyata keçirilməsinin müsbət nəticələri var. Mənim də, bir tarixçi-arxeoloq kimi, “Azərbaycanı tanıyaq” layihəsi ilə bağlı fikir və təkliflərim var. Hesab edirəm ki, bu tur-aksiyanı daha geniş səviyyədə həyata keçirmək olar. Bu tur-aksiyalar hazırda əsasən turizm üçün əlverişli məkanlara təşkil edilir. Bununla da daha çox turistik ab-hava yaranır. Azərbaycanın hər bir bölgəsinin tarixi, mədəniyyəti çox zəngindir. İstərdim ki, məktəblilər tur-aksiya çərçivəsində turizm olmayan bölgələrə də getsinlər. Mən bu tur-aksiyanı təşkil edənlərə arxeoloji abidələrin seçilməsinə kömək etmək məsələsində mədəni irs mütəxəssisi kimi dəstək verməyə həmişə hazıram. Azərbaycanın mədəni irs zənginliyi, yaşından asılı olmayaraq, hər bir azərbaycanlının diqqətində olmalı və onlar vasitəsilə mədəni irs ictimailəşməlidir”.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ