26/10/2020 02:56
728 x 90

Məhkəmə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin vəsatətini rədd etdi

img

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan, İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, hakim İlkin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə vəsatət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. V.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunub.

Son xəbərlər