Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib. Trend-in məlumatına görə, Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb. Təqdimat məhkəmədə təmin edilib.
Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.