Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini oğurlayan şəxs saxlanıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Sabunçu Rayon Polis İdarəsinin müraciət edə bilərlər.