Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 40 yaşlı İlqar Məmmədov saxlanıb. Onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanıb, istintaq aparılır.