Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 2 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Hakim Manafov və əvvəllər məhkum olunmuşlar Elvin Quliyev, Mahir Abbasov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində sonuncunun idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanıblar. Keçirilən baxış zamanı həmin avtomobildən 2 kiloqram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotik vasitəni İran vətəndaşı “Əli” adlı şəxsin köməkliyilə qaçaqmal yolu ilə ölkə ərazisinə keçirdikləri müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.