Bakıda karantin rejimini pozan şəxs inzibati qaydada həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Belə ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edərək səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.