çərşənbə günü, 19 avqust 2026
     

Səttar Möhbalıyev Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında təhlükəli bir tendensiyadan danışdı... - FOTO

Image


Dekabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı öz işinə başlayıb. Qurultayda 132 ölkədən 1200-dən artıq nümayəndə iştirak edir.

Qurultayın açılışı günü çıxış edən Danimarkanın baş naziri Lars Lekke Rasmussen, Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Rayder, Kopenhagen şəhərinin lord-meri Frank Censen, Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının sədri Lizette Risqord, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Antonio Felisio nümayəndələri salamlayıb və qurultayın işinə uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Bakı-Xəbər”ə verilən məlumata görə, dekabrın 7-dək davam edəcək qurultayda  AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.

BHİK-in IV Qurultayının əsas mövzusu «İşçilərin potensialının formalaşdırılması: Qaydaların dəyişilməsi» bizim region və respublikamız üçün də aktualdır. Azərbaycanda işçilərin sosial rifahının yüksəldilməsi, sosial müdafiəsinin təşkili sahəsində atılan addımlar bu sahədə müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri qurultay iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın son dövrlər əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. Keçən ilin yekunlarına görə, respublikamızda əhalinin gəlirləri 8,3%, işçilərin orta aylıq əməkhaqqı isə 5,7% artıb. Son 15 il ərzində ölkədə 1.900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Yoxsulluq səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.

Respublikada iqtisadi sahədə əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya Bankının «Doing Business 2019» hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.

Məlumdur ki, işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edən səbəblərdən biri həmkarlar ittifaqı üzvlərinin hüquqi müdafiəsidir, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın keyfiyyəti əsasən işçinin hüquqi müdafiəsinin səviyyəsindən asılıdır. Qeyd etmək istərdim ki, BHİK-in baş katibi Şaron Barou III   qurultayda növbəti dörd il ərzində üzvlərin sayının 20 milyon nəfər artırılmasının qarşıya məqsəd qoyulduğunu bildirmişdi. AHİK öz növbəsində bu şüarı dəstəkləyərək ötən dövr ərzində sıralarına 56571 nəfər yeni üzv birləşdirməyə müvəffəq olub. Biz ölkə qanunvericiliyinin və BƏT-in konvensiyalarının verdiyi imkanlar çərçivəsində həmkarlar ittifaqlarının bütün üzvlərinin müraciətlərinə operativ reaksiya verir, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının qorunması və bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

S.Möhbalıyev deyib ki,  respublikamızda «2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» qəbul edilərkən gender və gənclər siyasətinin inkişafı, qeyri-rəsmi iqtisadiyyatla mübarizə, gənclərin məşğulluğu, üçtərəfli dialoqun təkmilləşdirilməsi məsələlərinə dair təkliflərimiz nəzərə alınıb. AHİK ölkə proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün öz Konsepsiyasını qəbul edib ki, burada da inklüziv məşğulluğu genişləndirmək, iqtisadiyyatı aktivləşdirmək, ölkədə qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq tədbirlərinin həyata keçirilməsi öz əksini tapıbdır. Bu gün Azərbaycan həmkarlar ittifaqları BMT-nin «Dayanıqlı inkişafın məqsədləri» proqramında irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün özünün bütün imkanlarından istifadə etməyə çalışır. Biz bu vəzifələrin həyata keçirilməsini texniki inqilabın nailiyyətlərindən istifadə olunmasında və hökumətin qərarlarının insanların rifahının yaxşılaşdırılmasına yönəldilməsində görürük.

Gündəmdə olan digər bir vacib məsələ də əməyin gələcək sferasıdır. Bu gündən biz qarşılaşacağımız halları dəyərləndirməliyik. Hesab edirəm ki, gözlənilən proseslər əmək münasibətlərinin forma və xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər. Biz, həmkarlar ittifaqı olaraq, vaxtında bu məsələyə hazır olmalıyıq.

Təəssüflə deməliyəm ki, bu gün bir sıra ölkələrdə hökumətlər və biznes imperiyası böhrandan çıxmaq adı altında əmək münasibətlərinin formasını dəyişməyə və həmkarlar ittifaqlarının muzdlu işçilərin müdafiəsinin təşkilinə dair son illər ərzində əldə etdiyi uğurları tamamilə heçə endirməyə cəhd göstərir. Bu, hər şeydən əvvəl, işsizliyin artmasına və real əməkhaqqının azalmasına, qeyri-stabil məşğulluğa və işçidə özünə inamsızlığın yaranmasına şərait yaradır.

Çıxışının sonunda S.Möhbalıyev vurğulayıb ki, BHİK və onun müvafiq strukturları bu inamsızlığın aradan qaldırılması, alternativ siyasətin işlənib hazırlanması üçün müvafiq addımlar atmalıdır.

BHİK-in öz diqqətini qlobal iqtisadiyyatın əsas problemlərinə və üçtərəfli münasibətlərdə həmkarlar ittifaqlarının bərabər tərəfdaş mövqeyinin qorunub saxlanmasına yönəltməsini də vacib hesab edirəm. 

BHİK, dünyanın ən iri həmkarlar ittifaqı birliyi olmaqla, həmkarlar ittifaqı üzvlərinin yalnız 10%-ə qədərinin mənafeyini müdafiə edir. Hazırda BHİK-in tərkibində olmayan nəhəng həmkarlar ittifaqı birlikləri də mövcuddur. Hesab edirəm ki, BHİK qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu qüvvələri də öz ətrafında birləşdirmək üçün səy göstərməlidir. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ