şənbə günü, 17 oktyabr 2026
     

Qətər çıxdı, İran fikirləşir, OPEC dağılır – Azərbaycanın neft siyasətinin beynəlxalq təsir imkanları arta bilər...

Image


İlham Şaban: “Sabah Azərbaycanı da çox qısa müddətdə OPEC üzvü etmək olar, amma bu nəyisə dəyişmir”

 

Məlum olfuğu kimi, Qətər OPEC-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq. Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEC-dən çıxmağa hazırlaşır. Qeyd edək ki, Qətər 57 ildir OPEC-in üzvüdür. 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.

Bu arada OPEC Qətərin məlum qərarına münasibət bildirib. Bildirilir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Qətərdən bu ölkənin OPEC Əsasnaməsinin 8-ci maddəsinə əsasən gələn il yanvarın 1-dən təşkilata üzvlükdən çıxarılmasına dair məktub alıb. Qətərin energetika naziri Saad al-Kaabi məktubunda OPEC-ə üzv ölkələrə, OPEC-in baş katibinə və təşkilatın bütün heyətinə təşəkkür edib: “Hər bir üzv ölkənin təşkilatdan çıxmaq hüququ var və buna OPEC Konfransının razılığına heç bir ehtiyac yoxdur. Təşkilat Qətər tərəfindən alınan qərara hörmətlə yanaşır. OPEC Katibliyi üzv olduğu bir neçə onillik ərzində təşkilata dəstəyinə görə Qətərə təşəkkür edir”.

Belə məlumatlar səslənir ki, Qətərdən sonra İran da bənzər addım ata bilər. Çünki neft hasilatında kvota ilə bağlı zaman-zaman İranla təşkilat arasında fikir ayrılıqları yaşanır. Bu səbəbdən İranın da OPEC-dən çıxa biləcəyi haqda fikirlər səslənir.

Ancaq İranın OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib ki, İran OPEC üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib: "Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən, neft hasilatını azaltmaq fikrində deyilik”.

İran da Qətər kimi bənzər addım atarsa, o zaman OPEC-də oyunçuların sayı azalacaq. O da məlumdur ki, Azərbaycan OPEC+ çərçivəsində təşkilatla əməkdaşlıq edir. İran da təşkilatdan çıxsa, sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycanın OPEC-ə təsir imkanları arta bilərmi?

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna fərqli prizmadan yanaşdı: “Əvvəla Qətər Azərbaycandan da az neft istehsal edən ölkədir. Azərbaycan neftinin təqribən 75 faizini Azəri-Çıraq-Günəşli bloku hasil edir – 588 min barrel. Ümumən gündəlik hasilat isə 750 min barrel səviyyəsindədir. Qətərin hasilatı isə 580 min barreldir. Qətər elə AÇG qədər neft hasil edir. Qətər əsasən qaz ölkəsidir. Hətta qaz ehtiyatlarına, hasilatına görə dünyada üçüncü yerdədir. Eyni zamanda, bu ölkə 600 min barreldən az neft istehsal edir. Lakin Qətər əmri OPEC-dən çıxacaqlarını və çıxma səbəblərini bildirib. Onun dediyinə görə, Qətər daha çox gücünü qaz istehsalına yönləndirəcək. Ancaq Səudiyyə Ərəbistanı ilə Qətər arasında siyasi fikir ayrılığı var. Fikrimcə, Qətərin OPEC-dən ayrılması bundan qaynaqlanır. Yəni Qətər istəmir ki, Səudiyyə Ərəbistanının əsas rol oynadığı bir təşkilatın fəaliyyətində iştirak etsin. Hazırda OPEC dünyada dinamik bir təşkilatdır və onun 15 üzvü var. Bütün bunları və Qətərin neft hasilatının həcmini nəzərə alsaq, Qətərin bu təşkilatdan ayrılması "qara qızıl”ın qiymətinə təsir göstərməyəcək. OPEC üzvlərinin sayı 12 və 14 arasında dəyişir, bu səbəbdən Qətərin təşkilatı tərk etməsi ciddi nəticəyə gətirməyəcək. Çünki OPEC dinamik təşkilatdır, üzv dövlətlərin sayının xüsusi təsiri olmur. Onun üzvləri içərisində elə dövlət var ki, dünya neft ixracında payı 30 faizdir. Eləsi də var ki, neft ixracında payı 1 faizdir. Deməyim odur ki, sözügedən ölkələrin təşkilatda payları müxtəlifdir. Qətərin OPEC hasilatında payı 1,8 faiz idi. Qabonun payı bundan 2 dəfə azdır. İndoneziya da həmçinin. Sabah Azərbaycanı da çox qısa müddətdə OPEC üzvü etmək olar, amma bu nəyisə dəyişmir. Nəzərə almalıyıq ki, Azərbaycan bu təşkilatla əməkdaşlıq edir. Məsələn, Rusiya, ABŞ kimi böyük neft hasilatçıları heç vaxt OPEC üzvü olmayıblar. Ancaq bu o demək deyil ki, OPEC-in üzvü olanda ölkə əlahiddə nəsə qazanır. Yaxud da təşkilat üzvü olmayanda ölkə nəsə əldə edir, təsir imkanı artır. Çünki OPEC bir klubdur. O üzdən, bütün bunların elə bir böyük əhəmiyyəti yoxdur”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ