şənbə günü, 17 oktyabr 2026
     

Sahibkarlar dövriyyələrini necə «kiçildir»...

Image


Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər bu cür pozuntuların xarakterini və daha çox hansı sahələrdə baş verdiyini müəyyənləşdirməyə imkan verir. Aparılan təhlillər göstərir ki, sadələşdirilmiş verginin əhatə dairəsinin genişləndirilməsindən sui-istifadə edən bəzi sahibkarlar dövriyyələrinin həcmini kiçiltməklə, ortada olan pul vəsaitlərini ayrı-ayrı kiçik müəssisələrin adına rəsmiləşdirərək özlərini sadələşdirilmiş vergi ödəyicisi kimi təqdim etməyə çalışırlar. Başqa sözlə, onlar vergidən yayınmağın yeni üsulu kimi, dövriyyələrin bölüşdürülməsindən istifadə edirlər.

Belə hallar əsasən iri ticarət şəbəkələrində, ictimai-iaşə xidməti obyektlərində və bəzi istehsal sahələrində qeydə alınır. İstehsal müəssisələri arasında dövriyyələrin gizlədilməsi və ya bölüşdürülməsi hallarının həcminin gizlədilməsinə alkoqollu içkilərin emalı müəssisələrində daha çox rast gəlinir. Bunu son vaxtlar həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də təsdiq edir. Məlum  olub ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qanunsuz məhsul çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Məsələn, müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır.

Yeri gəlmişkən, bu məsələni Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergilər naziri Mikayıl Cabbarov da gündəmə gətirmişdi. Nazir iclasdakı çıxışında  sadələşdirilmiş verginin ödəyiciləri olan sahibkarların sui-istifadə hallarına yol verdiyini, bəzi iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin «parçalanması» üçün cəhdlər edildiyini söyləmişdi: «Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin «parçalanması», müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir...».

Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev vergi sistemi qarşısında duran prioritet məsələlərdən bəhs edərkən vergi qanunvericiliyinə əməl olunmasının vacibliyini, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsini, vergidən yayınma hallarına son qoyulması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulamışdı.

Qarşıya qoyulan vəzifələrin icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr müəyyənləşdirilib. Əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas yaradır ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir. Bu səbəbdən, Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nazirlik spirtli içki istehsalçılarına və satıcılarına xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bildirilir ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.

Kim qeyri-rəsmi işçi saxlayırsa...

Sahibkarlıq fəaliyyətinin bəzi sahələrində dövriyyələrin gizlədildiyini müstəqil ekspertlər də təsdiqləyir. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, xüsusilə ticarət və ictimai iaşə xidməti obyektlərində, tikinti sektorunda belə hallar geniş yayılıb: «Dövriyyələrin kiçildilməsi müxtəlif üsul və vasitələrlə ola bilər. Bu, həmin biznes strukturlarının fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Məsələn, iri mağazalar satılan məhsulların həcmini az göstərməklə, tikinti şirkətləri inşa etdiyi binanın sahəsini «kiçiltməklə», spirtli içki istehal edən müəssisələr faktiki istehsal olunaraq ticarət şəbəkələrində çatışa çıxarılan məhsulları rəsmi qeydiyyatdan yayındırmaqla dövriyyəsini gizlədir. Bununla da böyük məbləğdə maliyyə vəsaitləri büdcədən yayındırılır». İqtisadçı bir müddət əvvəl iri supermarket şəbəkələrinin rəhbərlərinin hökumətə müraciət edərək əlavə dəyər vergisi üzrə (ƏDV) güzəştlər istəməsinin də təsadüf olmadığını söyləyir. Onun sözlərinə görə, iri ticarət şəbəkələri ət, balıq, süd, yumurta, düyü, meyvə-tərəvəz kimi kənd təsərrüfatı məhsullarının istehsalına tətbiq edilən güzəştlərin satışa da şamil olunması yolu ilə xərclərini azaltmaq istəyir: «Məlum məsələdir ki, iri supermarket şəbəkələri kifayət qədər gəlir əldə edə bilir və öz fəaliyyətlərini genişləndirmək imkanına malikdir. Belə olan halda, hökumətin onlara vergi güzəştləri verməsi inandırıcı görünmür. Əksinə, vergi orqanları bütün ticarət və xidmət sahələrində, o cümlədən iri supermarket şəbəkələrində dövriyyənin tam şəkildə göstərilməsinə nail olmaq üçün nəzarət tədbirlərini gücləndirməlidir. Çünki heç kəsə sirr deyil ki, bu cür sahibkarlar mənfəətini gizlədir, qeyri-leqal gəlir formalaşdırır və bununla da vergiləri tam şəkildə ödəməkdən yayınırlar».

R.Həsənov biznes strukurlarının öz dövriyyələrini gizlətməsini həm də «kölgə iqtisadiyyatı»nın təzahürlərindən biri kimi dəyərləndirir. Bildirir ki, istər tikinti sektorunda, istərsə də ticarət sahələrində belə hallar üstünlük təşkil etdiyi üçün ən ciddi nəzarət tədbirləri də məhz həmin müəssisə və obyektlərə yönəldilməlidir:  «Qeyri-rəsmi işçilərin mühüm bir hissəsi məhz bu sahələrdə çalışanlardır. İşəgötürənlər həmin işçilərə ödədikləri əməkhaqqını haradan verirlər? Təbii ki, rəsmi maliyyə hesabatlarında göstərilməyən gizli dövriyyədən. Çünki hər hansı sahibkar öz işçisinə leqal dövriyyədən əməkhaqqı verə bilməz. İşəgötürən hər bir xərcin mənbəyini göstərməli olduğu halda, bəyan edilən dövriyyədən işçiyə əməkhaqqı verməsi mümkün deyil. Deməli, istər mağaza olsun, istər tikinti şirkəti, yaxud da digər fəaliyyət sahəsində fəaliyyət göstərən başqa biznes strukturları - kim qeyri-rəsmi işçi saxlayırsa, real dövriyyəsini gizlədir. Bu cür hallar real dövriyyələrin «kiçildildiyinə» dəlalət edən vacib faktorlardır ki, bunu gizlətmək mümkün deyil».

Energetik içkilər həm cana ziyandır, həm də cibə...

Energetik içkilərin populyarlaşmasının səbəblərindən biri onların insanda gümrahlıq yaratması ilə bağlı təsəvvürdür. İnsanları bu içkilərə təşviq və təhrik edən reklamlar da daha çox bu təsəvvürə əsaslanır. Bəs bütün bunlar nə dərəcədə düzgündür?

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı

Təşkilatın Avropa Regional Ofisinin əməkdaşları son onillikdə bütün ölkələri bürüyən «energetik bum»un nəticələri üzərində apardıqları genişmiqyaslı araşdırmalar nəticəsində bu  içkilərdən istifadənin çoxalmasının əhalinin, xüsusilə gənclərin sağlamlığına təhlükə olması qənaətinə gəliblər. Araşdırmanın nəticələri oktyabr ayında «Frontiers in Public Health» jurnalında dərc olunub.

İlk energetik içki 1960-cı ildə Yaponiyada buraxılıb. Avropa mağazalarında ilk dəfə 1987-ci ildə görünən içki tezliklə popul­yarlaşıb. ABŞ-a bu içki 10 il sonra - 1997-ci ildə gəlib. Dünyadakı «energetik bum» isə XXI əsrin başlanğıcına aiddir. 2006-cı ildə dünyada bu içkinin 500-dən çox yeni növü qeydə alınmışdı. ABŞ-da 2008-ci ildən 2013-cü ilədək energetik içkilərin satışında 60 faiz artım olub və bu sahə üzrə dövriyyə 12,5 mil­yard dollar təşkil edib.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa Agentliyinin (European Food Safety Authority, EFSA) məlumatına görə, 2011-ci ildə Avropa İttifaqının 16 ölkəsində 18 yaşdan yuxarı insanların 30 faizi, 10-18 yaş arası yeniyetmələrin 68 faizi, 10 yaşlıların isə 18 faizi energetik içkilərdən daimi istifadə edənlər olub. Bu statistikada ölkə üzrə yeniyetmələrin 82 faizi,  uşaqların 40 faizinin energetik içkilərdən istifadə sayına görə Çexiya ön sıralardadır.

Amerika Pediatrik Akademiyası da bu içkilərin uşaq və gənclər tərəfindən istifadəsini pisləyir. Texas Universitetinin kardeoloqu Con Xiqqins bildirib ki, hamilə qadınlar, 18 yaşadək olan gənclər, yüksək kofein həssaslığı olanlar, həmçinin, diqqətsizliklə mübarizə üçün müalicə alanlar energetik içkilərdən uzaq durmalıdırlar.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsi 2009-cu ilin fevral ayında energetik içkilərin tərkibindəki maddələri araşdırıb. Aydın olub ki, içkinin tərkibindəki taurin və qlyukuronolakton 18 yaşadək gənclərdə diabet xəstəliyinin kəskinləşməsi kimi fəsadlar verir. ABŞ-da ərzaq və dərmanlara nəzarət idarəsinin qərarı ilə tərkibində alkoqol olan energetik içkilərin satışına qadağa qoyulub. İdarənin əməkdaşı Coşua Şarfşteynin sözlərinə görə, ABŞ-ın 17 ştatının prokurorluğundan gələn məktublar əsasında 30-dan çox istehsalçıya məhsulun satışını dayandırmaq haqqında göstəriş verilib.  2009-cu ilin may ayında «Red Bull» içkisinin tərkibini Almaniyanın nəzarət orqanları yoxlayaraq müvafiq tədbirlər görülməsi barədə hökumətə müraciət ediblər. Nəticədə Almaniyada  bu içkinin satışına qadağa qoyulub. Bu gün Fransa, Tayvan, Danimarka, Türkiyə, Norveç, Uruqvay və İslandiyada, eləcə də  ABŞ-nın Vaşinqton, Yuta, Okloxoma və Miçiqan ştatlarında energetik içkilər qadağan olunub. 2014-cü ildən Avropada hər litrinin tərkibində 150 milliqramdan artıq kofein olan energetik içkinin  üzərində «insan orqanizminə zərərlidir» xəbərdarlığının yazılması tələb olunur. İsveçrədə 15 yaşdan kiçik uşaqlara bu içki satılmır. Kanadada energetik içki qabının üstündə içmək üçün gündəlik yol verilən həcm, eləcə də alkoqolla qarışdırılmaması barədə xəbərdarlıq edilir. Macarıstanda isə energetik içkilər 2012-ci ildən zərərli ərzaqlar siyahısına salınıb.

Şübhələr əsassız deyil…

Alimlər dünya mətbuatında dərc olunan yazıların təhlilinə əsasən belə qənaətə gəliblər ki, başlıca təhlükə kofein və alkoqolla bağlıdır. Əldə olunan məlumatlara görə, 18 yaşdan 29 yaşadək gənclərin 70 faizi energetik içkini alkoqolla qarışdırıb qəbul edir. Alimlər xəbərdarlıq edirlər ki, bu kombinasiya sırf alkoqol içməkdən daha qorxuludur. Çünki energetik içkinin təsiri beyni oyatmağa, spirtli içkinin isə yatırtmağa yönəlir. İnsanlar kofein sayəsində özünənəzarəti əldən verir, spirtli içkini adi haldan daha çox qəbul edirlər.

Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsinin məlumatına görə, ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin energetik içki ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb.

1 yanvar 2018-ci il tarixindən Rusiyada zəif alkoqollu energetik içkilərin istehsal və satışına qadağa qoyulub. Bu qanunun tətbiqinə  İrkutskda 2016-cı ilin dekabrında 78 nəfərin «Boyarışnik» içkisi ilə zəhərlənməsi  zamanı dünyasını dəyişməsi səbəb olub.

Bu yaxınlarda İsveç hakim qüvvələri energetik içkilərdən zəhərlənmə səbəbi ilə 3 ölüm hadisəsi üzrə istintaq işi başlayıblar. Ümumiyyətlə, energetik içkilərin hədsiz çox istifadəsinə görə bütün dünya üzrə şəkərli diabet xəstələrinin sayı günbəgün artıq. Əgər 1980-ci ildə  siyahı 108 mln nəfər təşkil edirdisə, artıq 2014-cü ildə bu xəstələrin sayı 4 dəfə artaraq 422 mln olub. Buna görə də artıq dünyanın 35 ölkəsində energetik içkilərə «Şəkər vergisi» tətbiq edilməyə başlanılıb.

ABŞ-da 2010-2011-ci illər ərzində 5000-dən çox tələbə gəncin energetik içki ilə alkoqolun qarışığından zəhərlənməsi halı qeydə alınıb.

Bakıda fəaliyyət göstərən 5 saylı Klinik Xəstəxananın həkimi, qastroenteroloq-hepatoloq Arzu Hüseynova xəbərdarlıq edir ki, xüsusilə ürək-damar, qan təzyiqi xəstələri bu içkidən tamamilə uzaq durmalıdırlar: «İçkinin enerji verməsi ilə bağlı fikirlər tamamilə səhvdir. Bu içkilər orqanizmin daxili rezerv enerji qatının qapısı üçün açar rolunu oynayır, daxildəki enerjini sorur, insan öz təbii enerji ehtiyatlarını istifadə edir. Daha doğrusu, öz enerjisini borc götürür. Borcu isə əvvəl-axır qaytarmaq lazımdır. İçkinin ilkin təsirinin yerində yorğunluq, yuxusuzluq, əsəb və depressiya qalır. Energetik içkinin tərkibindəki kofein stimulverici preparat kimi əsəb sistemini oyadır. Maddənin təsiri 3 saatdan 5 saatadək çəkir. Kofein həm də aludəlik yaradır. Tərkibində şəkər və kofein olan energetik içki gənc orqanizm üçün təhlükəsiz deyil. Bir çox energetik içkilərin tərkibində çoxlu miqdarda B vitamini olduğuna görə ürək döyüntüsünü artırır, əllərdə və ayaqlarda titrəmə kimi fəsadlar verir. Tərkibindəki qlyukironolakton maddəsi böyrəyi sıradan çıxarır, beyin şişi əmələ gətirir. Dozadan artıq qəbul edilən içki taxikardiya, psixi oyanma, nevroz, depressiv vəziyyət yaradır».

Həkimin sözlərinə görə, bir neçə il əvvəl bir xəstə çox ağır vəziyyətdə ona müraciət edib. Sən demə, bir günlük aclıqdan və susuzluqdan sonra iftar zamanı iki qab energetik içki qəbul edibmiş. Xəstəxanaya daxil olanda gəncin qaraciyərində hüceyrə parçalanması prosesi başlayıbmış: «Gənclərə məsləhətim budur ki, belə süni vasitələrlə adrenalin almaqdansa, təbii enerji mənbələrinə müraciət etsinlər. Təbii çərəz yesinlər, meyvə şirələri içsinlər. Birmənalı olaraq demək istəyirəm ki, energetik içkilərdən istifadə həyat tonusunu qaldırmır, əksinə, insan orqanizminin fizioloji prosesini dağıdır və onu neqativ təsirlərə məruz qoyur».



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ