şənbə günü, 17 oktyabr 2026
     

Manata qonşu ölkələrdə də tələbatın artacağı barədə ciddi proqnoz-mülahizələr var

Image


Məlumdur ki, dünyada şiddətlənməkdə olan ticarət müharibələri fonunda bir çox ölkələrin milli vaylutaları yenidən dəyər itirməyə başlayıb. Məsələn, ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda dünyanın ən böyük iqtisadiyyata malik ölkələrindən biri sayılan Çinin milli valyutası olan yuan digər xarici valyutalar qarşısında ucuzlaşmaqda davam edir.

Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar artıq 7 yuana çatmaqdadır. Rəsmi Pekin yuanı ucuzlaşdırmaqla ABŞ-ın Çin mallarının idxalına tətbiq etdiyi gömrük rüsumlarının təsirini azaltmağa, bu ölkə ilə xarici ticarət balansındakı kəsiri kiçiltməyə çalışır. Amma Çinlə yanaşı, bir sıra digər ölkələrin də analoji addımdan istifadə etməsi vəziyyəti çətinləşdirir, qlobal “valyuta savaşlarına” rəvac verir.

Azərbaycana qonşu ölkələrdə də milli valyutaların dəyərdən düşməsi müşahidə olunur. Məsələn, İran pulu yenə sabit mövqe nümayiş etdirə bilmir. Türkiyə lirəsi, Rusiya rublu, Gürcüstan larisi ilə də bağlı tez-tez məzənnə dəyişikliyi müşahidə olunur. Amma son illərin mənzərəsi göstərir ki, Azərbaycan manatı həmin pullara nisbətdə indi daha sabit mövqedədir. Bunu iki ilə yaxındır ki, Azərbaycanda manatın dollara nisbətdə sabit qalmasından da aydın görmək olar. Belə vəziyyətdə Azərbaycan manatına marağın getdikcə artması da müşahidə olunur. Özü də təkcə ölkə daxilində yox.  Məsələn, indi İranda Azərbaycan manatı ilə alış-verişin artması qeydə alınır. Eyni sözləri Gürcüstan barəsində də  demək olar. Yaxın tezlikdə isə qonşu ölkələrdə manatın populyarlığının daha da artması gözlənir. Çünki qonşu ölkələrin böyük əksəriyyəti Azərbaycanla ticarəti milli valyutalar üzərindən aparmağı düşünür. Bu xüsusda qardaş Türkiyənin daha aktiv fəaliyyətə keçməsi müşahidə olunur.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyə artıq Rusiya, İran, Çin və Ukrayna ilə ticarətdə milli valyutadan istifadə etməyə hazırlaşır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu xüsusda bildirib: “Hazırda valyuta məzənnələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Rusiya, İran, Çin və Ukraynadan başqa, digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”. Ankaranın qeyd olunan məsələ iəl bağlı fəal danışıqlar apardığı ölkələrdən biri isə Azərbaycandır. Elə bu günlərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da bildirib ki, Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır. Səfirin sözlərinə görə, ticarətdə milli valyutaya keçid üçün bir müddət əvvəl başlanan müzakirələr hazırda davam edir: “Hazırda müzakirələr aparılır. Qarşılıqlı ticarətdə milli valyutanın nə zamandan tətbiq ediləcəyi isə hələ konkret bəlli deyil”. E.Özoral əlavə edib ki, bütün məsələlər razılaşdırıldıqdan sonra ticarətdə hesablaşmalar türk lirəsi və Azərbaycan manatı ilə aparılacaq.

 Bununla yanaşı, xatırladaq ki, Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Üçtərəfli görüş zamanı Azərbaycan, İran və Türkiyənin XİN rəhbərləri milli valyuta ilə ticarət etməkdə razılığa gəliblər. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyə-Azərbaycan və ölkəsinin işbirliyinin bölgə baxımından önəmli olduğunu bildirib: "Milli valyutamızla ticarət əlaqələri qurmaq barədə razılığa gəldik. Bu razılıqla iqtisadi əlaqələrimizi xarici müdaxilələrdən qorumuş olacağıq". Bütün bunlar bir daha təsdiq edir ki, xarici ticarətdə manatın payı getdikcə artacaq.

Qeyd edək ki, qonşu Rusiya da dəfələrlə Azərbaycanla ticarəti milli valyutalar üzərindən həyata keçirməyə hazır olduğunu bəyan edib.

İqtisadçı ekspertlər bildirir ki, ölkələr arasında razılıq əldə edilsə, bu, dollara tələbin azalmasına səbəb olacaq. Çünki sövdələşmələr zamanı dollar deyil, milli valyutalar istifadə ediləcək. Bununla da Dövlət Neft Fondu tərəfindən hər ay daxili bazara tələbi ödəmək üçün çıxarılan dollara qənaət ediləcək. Ekspertlər isə bildirir ki, xarici ticarətdə manatın rolunun artırılması Bakı üçün çox önəmldiir. Çünki artıq dünya miqyasında dollara qarşı çıxanların sayı artır və onun taleyinin necə olacağı bilinmir. Dominant valyuta sayılan dolların statusu hazırda bir çox istiqamətlərdən zərbə almağa başlayıb. Bu zərbələri vuranların önündə İran, İraq, Rusiya və Türkiyə gedir. İkinci eşelonda Çin hərəkət etməyə başlayıb və bu dairəni Avropa İttifaqının rəhbərliyi qapayıb. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker artıq avronun beynəlxalq rolunu artırmaq niyyəti barədə məlumat verib. Yunker Amerika dollarının üstünə gedərək bəyan edib ki, Avropa İttifaqının neft və digər enerji daşıyıcılarının idxalına görə haqqı dollarla ödəməsinin səbəbini bilmir. Halbuki, onların cəmi 2%-i ABŞ-dan gəlir, qalanları isə başqa ölkələrdən idxal edilir. Nəzərə alınsa ki, enerji daşıyıcılarının əsas ixracatçısı Rusiyadır və Avropa İttifaqının rəhbərliyi də Rusiya hökuməti ilə ticarətin avro və milli valyuta ilə həyata keçirilməsi barədə razılığa gələ bilər, Yunkerin bu bəyanatı Amerika dolları üçün xüsusilə təhlükəlidir. Belə vəziyyəti Azərbaycan da nəzərə almalıdır. Bundan sığortalanmağın ən yaxşı yolu isə ticarəti elə milli valyuta üzərindən aparmaqdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ