şənbə günü, 17 oktyabr 2026
     

Xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır

Image


İşəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağlı yeni tələblər qoyulacağı, bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər» qəzetinə açıqlamasında bildirib ki, hazırda xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim ediləcək. Bu sahədə əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların siyahısının elektron şəkildə hazırlanması olacaq: «Xidməti müqavilələrin izahı ilə bağlı «Məşğulluq xidməti haqqında» Qanunda hər hansı anlayış yox idi. Həmin qanuna edilmiş dəyişikliklərdə isə mülki-hüquqi xarakterli müqavilələr haqqında konkret izahat verilib. Ümumiyyətlə, bu cür müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı,  əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Bütün bunlar əmək müqaviləsi ilə çalışan işçilər üçün gələcəkdə bir sıra sosial üstünlüklərə təminat yaradır. O cümlədən işçi işlədiyi dövrdə hər hansı zədə, yaxud peşə xəstəliyi alarsa, bülletenə çıxarsa buna görə ödəniş almalı və bunlar əmək müqaviləsində əksini tapmalıdır. Xidməti müqavilə əsasında çalışanlar isə bu sosial hüquqlardan bəhrələnmək imkanına malik deyil»”.

Yeni hazırlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmuş iş rejimində çalışan, lakin mülki-hüquqi əsaslarla işə cəlb edilən işçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur. Belə ki, xidməti müqavilə adı altında uzun müddət eyni yerdə çalışanların müqavilələri dəyişdirilərək əmək müqaviləsinə daxil ediləcək. Nazirlik rəsmisi deyir ki, xidməti müqavilə əsasında çalışanların VÖEN-i olsa da, bu, bir çox hallarda formal xarakter daşıyır: «İşəgötürən tərəfin göstərdiyi xidmətin müqabilində ona verdiyi əməkhaqqından vergi və icbari sosial sığorta haqqı ödənilir. Bununla da işəgötürən vergi və sosial sığorta ödənişlərinə dair öhdəlikləri ona xidmət göstərən işçinin üzərinə qoyur. Həmin şəxsin işçi kimi digər sosial hüquqları, o cümlədən əmək məzuniyyəti, əməkhaqqına əlavələr, istirahət müddəti bütünlüklə itirilmiş olur. Çünki xidməti müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər sosial müdafiə xarakterli hüquqlar əks etdirilmir».

Yeri gəlmişkən, son illər Azərbaycanda daimi işçilərin xidməti müqavilə əsasında işə qəbuletmə hallarına daha çox rast gəlinir. Məqsəd işəgötürənin vergi orqanları qarşısında məsuliyyətini azaltmaq, vergilərdən və sosial ödənişlərdən yayınmaqdır. İ.Həsənov isə bildirir ki, əgər işçi 3-4 il eyni sahədə və müəssisədə çalışırsa, üstəlik hər gün saat 9:00-dan 18:00-dək işdə olursa, bu, artıq əmək münasibətidir: «Bu, onu göstərir ki, həmin həxs daimi işçi kimi çalışır və belə olan halda, onun xidməti müqavilə əsasında çalışan kimi rəsmiləşdirilməsi düzgün deyil. Ona görə də yeni hazırlanan qaydalara əsasən, xidməti müqavilələr yalnız konkret iş qrafiki olmayanlarla imzalanacaq. Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, hansısa mütəxəssisə müraciət edir. Belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər. Yeni qaydalara görə isə maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Hətta elə sahələr var ki, orada işçinin xidməti müqavilə ilə çalışma müddəti  3-4 aydan çox olmamalıdır. Bu, o deməkdir ki, işçinin mülki-hüquqi müqavilə əsasında çalışdığı iş yerləri müvəqqəti işlər hesab ediləcək».

Nazirlik rəsmisi deyir ki, bəzi işəgötürənlər xidməti müqavilə əsasında işə götürdükləri işçiləri əmək müqaviləsinin tələblərinə uyğun şəkildə işlədir və bu, illərlə davam edir. Bu cür halların üzə çıxarılması üçün xidməti müqavilə əsasında çalışanların da siyahısı məşğulluq reyestrinə daxil ediləcək. Başqa sözlə, ölkədə faktiki məşğul əhali bütünlüklə qeydə alınacaq və bu zaman onların əmək, yoxsa xidməti müqavilə əsasında çalışdığı reyestrdə əksini tapacaq: «Bu qaydaların tətbiqinə bütün məşğul şəxslərin siyahısı tam dəqiqləşdirildikdən sonra başlanacaq. Çünki mülki-hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinə verilən məlumatda xidməti müqavilə əsasında işləyənlərin sayı faktiki göstəricilərin çox cüzi hissəsini təşkil edir. Məsələn, 2017-ci ildə xidməti müqavilə əsasında çalışan işçilərin sayının 8,1 min nəfərdən bir qədər artıq olduğu göstərilir. Halbuki belə işçilərin faktiki sayı dəfələrlə çoxdur. Heç kəsə sirr deyil ki, əksər xidmət sahələrində, o cümlədən ictimai iaşə və əyləncə obyektlərində xidməti müqavilə əsasında işləyənlər çoxluq təşkil edir».

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, işçilərin xidməti müqavilə əsasında çalışması yalnız işəgötürənin maraq və mənafelərinə xidmət edir: «Xidməti müqavilə imzalayan işçi mütləq fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməli və onun VÖEN-i olmalıdır. Bundan sonra o, işəgötürəndən aldığı əməkhaqqından sadələşdirilmiş vergi ödəməlidir. Belə olan halda, işəgötürənin həmin işçi qarşısında heç bir öhdəliyi yaranmır».

S.Məmmədovun fikrincə, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əməkhaqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir ki, bu da onun gələcək pensiya təminatında ciddi maneələr yaradır: «Bu baxımdan, faktiki olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışan işçi kimi rəsmiləşdirilməsinin qadağan edilməsi, hər şeydən əvvəl, vətəndaşların maraqlarına uyğundur. Hazırda xidməti müqavilə əsasında işləyən şəxslərlə əmək müqavilələrinin bağlanması həm vergi, həm də icbari sosial sığorta ödənişlərinin artımına və işçilərin hüquqlarının qorunmasına şərait yaradacaq».



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ