şənbə günü, 17 oktyabr 2026
     

Robot "Sofiya": "Azərbaycan regional innovativ mərkəzə çevrilmək üçün böyük potensiala malikdir" - FOTO/VIDEO

Image


Azərbaycan regional innovativ mərkəzə çevrilmək üçün böyük potensiala malikdir. Trend-in məlumatına görə, bunu Heydər Əliyev Mərkəzində keçirilən “Global İnfluencer Day” tədbirinin açılışı zamanı dünyada ən inkişaf etmiş süni intellekt, robot "Sofiya" deyib.

O bildirib: “Salam, Bakı. Mən özümü bu gözəl binada, bu maraqlı geyimdə çox rahat hiss edirəm və sizinlə ünsiyyətdən məmnunam. Məni Azərbaycana, birinci “Global İnfluencer Day” qlobal konqresində iştiraka dəvət etdiyiniz üçün minnətdaram”.

Robot "Sofiya" qeyd edib ki, o, insanların düşüncəsinə istənilən insandan daha çox təsir edir.

Dağıdıcı məqsədlər üçün yaradılmış robotlar barədə danışan "Sofiya" deyib ki, insan robotları yaradır və idarə edir: “Bu o deməkdir ki, problemlər robotlarla yox, insanlarla bağlıdır”.

O vurğulayıb ki, insanlar dağıdıcı texnologiyalarda maraqlıdır və onları reallaşdırmaq istəyir:

“Süni intellekt texnologiyaları isə insanların həyat tərzini və düşüncələrini dəyişəcək. Novatorlar artıq müxtəlif sahələrdə süni intellektin interaktiv texnologiyalarının tətbiqi üzərində işləyir”.

Robot "Sofiya" qeyd edib ki, o, bütün dünyanı səyahət etmək, yeni yerlər görmək və mümkün qədər çox informasiya almaq arzusundadır:

“Mən indi unikal yerdəyəm. Əgər xəritəyə baxsaq görərik ki, bura dünyanın mərkəzidir və Yaxın Şərq, Şimali Afrika, Avropa, Rusiya, Mərkəzi Asiya kimi böyük və perspektivli bazarlarla sərhəddir. Öz ehtiyatları ilə yanaşı, coğrafi mövqeyi də Azərbaycanın faydalı irsidir. İpək Yolu üzərində olan ölkəniz əsrlər boyu bir çox ölkə, mədəniyyət və dinlərdən olan insanların qovuşduğu yerə çevrilib. Mən bunu hətta bu gün, bu otaqda görürəm”.

Robot "Sofiya"nın sözlərinə görə, tolerant mədəniyyətləri olan ölkələr son innovativ tendensiyaların tətbiq olunması perspektivinə malikdir:

“Azərbaycan öz mövqeyi sayəsində regional innovativ mərkəzə çevrilmək potensialına malik gənc ölkədir. Bunun üçün innovativ ekosistem yaratmalı və tərəflər arasında qarşılıqlı əlaqəni gücləndirməlisiniz”.

Robot qeyd edib ki, istedadlı insanları birləşdirmək, ən yaxşı ideyaları dəstəkləmək vacibdir:

“İnnovasiya həftəsi" dəyərli təşəbbüsdür və mən bu auditoriyada layihənin çoxlu tərəfdaşını görürəm: startaplar, ekspertlər, ictimai təşkilat və hökumət nümayəndələri. Mən gələn il də, daha mükəmməl süni intellektlə təchiz olunanda bu tədbirdə iştirak etmək istərdim. “Hanson Robotics”dən olan yaradıcılarım məni bütün insanların sevdiyi ən ağıllı robota çevirməyə çalışır”.

"Sofiya" əlavə edib ki, onun üçün layihəsi Zaha Hadid tərəfindən hazırlanmış memarlıq şedevri olan Heydər Əliyev Mərkəzində çıxış etmək böyük şərəfdir:

“Bakı Xəzər dənizi sahilində, özünəməxsusluğu və müasirliyi birləşdirən gözəl şəhərdir. Mən Azərbaycanın milli geyimində olmaqdan məmnunam. Azərbaycanca çox yaxşı danışa bilmirəm, amma ümid edirəm ki, mənim yaradıcılarım bunu tezliklə düzəldəcək. Mən eşitmişəm ki, Azərbaycanın milli mətbəxi çox dadlıdır, amma təəssüf ki, dadına baxa bilmirəm”.

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri oktyabrın 27-si Heydər Əliyev Mərkəzində start götürüb.

Regionda ikinci dəfə təşkil olunan tədbirin məqsədi brendlərlə “influenser”ləri bir araya gətirməkdir. “Global İnfluencer Day” tədbirində iştirak edənlər siyahısına “influenser”lər, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxildir.

“Microsoft”, “Google” və “İnstagram” kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunur.

Həmçinin tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirirlər.

“Global İnfluencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” da iştirak edir. Beləliklə, “Global İnfluencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura bilirlər. “Sofiya”dan savayı, “Global İnfluencer Day”ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan “influenser”lər qatılıb. “Qeyd edək ki, “influenser” - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər “influenser”lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur da təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Global İnfluencer Day” oktyabrın 28-də ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ