çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycan Bakı-Tiflis-Qarsa daha çox ölkə cəlb edir

Image


Azərbaycanın uğurla reallaşdırdığı mühüm layihələrdən biri sayılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə beynəlxalq marağın artan xətt üzrə getdiyi müşahidə olunmaqdadır. Belə görünür ki, həm Asiya, həm də Avropa miqyasında Bakı-Tiflis-Qarsdan istifadə edən ölkələrin sayı getdikcə artacaq. İndilikdə isə görünən həm də budur ki, MDB dövlətləri üçün Bakı-Tiflis-Qars ən cəlbedici marşruta çevrilir.

MDB-də böyük iqtisadiyyata malik Rusiya, eləcə də Qazaxıstanın bu xəttə artan diqqəti Bakı-Tiflis-Qarsın önəmini daha da artırır. Məsələnin bu tərəfinə toxunan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qeyd edir ki, hazırda Rusiya və  Qazaxıstan şirkətlərinin əksəriyyəti Bakı-Tiflis-Qarsla maraqlanır. 

Yeri gəlmişkən qeyd edək ki, Rusiya bu xətlə yüklərin ixrac həcmini sürətlə artırır. Özü də məhz Rusiya ilk dəfə olaraq Bakı-Tiflis-Qarsla yük vaqonlarını göndərib. Ona qədər isə həmin xətlə yalnız konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilib. Xatırladaq ki, bir müddət öncə 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Eləcə də Rusiyadan dəmirlə yüklənmiş vaqonlar bu  dəmir yolu ilə Türkiyə ərazisinə çatdı. Rusiyanın Maqnitoqorsk şəhərindən yola salınan vaqonlar 5 min kilometrə yaxın məsafəni uğurla qət edərək, Türkiyənin Aralıq dənizi sahilindəki Payas stansiyasına daxil olub. Rusiyanın Maqnitoqorsk-Qruzovoy stansiyasından yola salınan dəmirlə yüklənmiş vaqonlar 17 gün ərzində Rusiya, Azərbaycan və Gürcüstandan keçərək mənzil başına çatıb. Hazırda Rusiya Bakı-Tiflis-Qarsdan istfiadə etməklə yüklərin daşınma həcmini artırır.

Qazaxıstan isə Bakı-Tiflis-Qars istifadəyə verildikdən sonra bu marşrutla yükdaşımalar həyata keçirir və bu istiqamətdə işlərin miqyasının daha da genişlənməsi gözlənir. Xüsusən də Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması Bakı-Tiflis-Qarsı Qazaxıstan üçün daha cəlbedici hala gətirib. Eyni zamanda Qazaxıstanda həyata keçirilən dəmir yolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlər nəqliyyat sahəsində Bakı-Astana əlaqələrinin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artırır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə və onun tərkib hissəsi sayılan Bakı-Tiflis-Qarsa böyük əhəmiyyət verir.

Orta Asiya ölkələrindən Özbəkistanın da Bakı-Tiflis-Qarsa marağı sürətlə artır. Artıq bu ölkə bəyan edib ki, Özbəkistan sözügedən dəmir yolundan fəal istifadədə və öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır. Bununla bağlı Bakı və Daşkənd arasında müvafiq protokol imzalanıb.

Digər Orta Asiya ölkəsi olan Türkmənistanın yüklərinin də Bakı-Tiflis-Qarsa cəlb edilməsi istiqamətində fəal iş aparılır. Belə ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “ADY Konteyner” ilə birgə karbamidin Türkmənistanın Marı zavodundan Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib. Nəql Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tiflis-Qars dəmir yolu xətti vasitəsilə Türkiyənin üç müxtəlif istiqamətinə göndərilib və müvəffəqiyyətlə alıcıya çatdırılıb. Bu konteyner daşımalarının həyata keçirilməsi Bakı-Tiflis-Qarsa qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionu ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu açıq nümayiş etdirir.

Onu da bildirək ki, Bakı-Tiflis-Qars xəttilə ilkin mərhələdə yükdaşımaların həcmi illik 6,5 milyon ton səviyyəsindədir. Amma bura daha çox ölkələrin cəlbi yükdaşımaların həcmində böyük artım olacağını göstərir. Digər tərəfdən, gələn ildən bu yolla sərnişindaşıma da həyata keçiriləcək. Bu isə Bakı-Tiflis-Qarsın əhəmiyytinin daha da artması deməkdir.

Başqa bir önəmli məqam da odur ki, Bakı-Tiflis-Qars tezliklə Naxçıvana kimi uzanacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan da təsdiq edib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir. Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tiflis-Qarsın dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəzlə də bağlı olacaq". Bütün bunlar, öz növbəsində, Naxçıvaınn blokadadan çıxmasına önəmli bir töhfə olacaq.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ