Bakı-Naxçıvana dəmir yolunun tikintisi məsələsinə baxılır. Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan hazırda bu məsələ üzərində işləyir.
C.Qurbanov deyib: "Dəmir yolunun tikintisi üzrə işlər yeni baxış tələb edir. Hökumət bu məsələyə baxır".
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri əlavə edib ki, hökumət bu yolun tikintisi üçün bütün səyləri göstərir.
Qazaxıstan və Rumıniyanın logistika şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TMTM) qoşulub. Bunu da “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, marşruta Rusiya şirkətləri də maraq göstərir. O bildirib ki, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti üçün iştirakçıların sayı, şəffaflıq və vahid tariflər önəmlidir.
C.Qurbanov TMTM Beynəlxalq assosiasiyasının növbəti iclası zamanı əlavə edib ki, tərəflər yeni tarifləri və qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasını müzakirə edib.