çərşənbə günü, 19 avqust 2026
     

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Image


Bu gün dünya miqyasında yaşanan ən böyük problemlərdən biri də qaçqın və məcburi köçkünlərlə bağlıdır. Bu qəbildən olan insanların sayının durmadan artması beynəlxalq miqyasda ən ağrılı və həlli çətin görünən humanitar problem, faciə səviyyəsində qəbul olunur. İndi dünyanın ən inkişaf etmiş ölkələri, məsələn, Avropa dövlətləri belə problemlərin çözülməsində çox ciddi çətinliklər yaşayırlar.

Azərbaycan da qaçqın və məcburi köçkün problemi ilə 25 ildən artıqdır üz-üzədir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün vətəndaşlarının problemlərini həmişə diqqət mərkəzində saxlayıb, beynəlxalq humanitar yardımların kəsilməsi fonunda belə, onların yaşayış şəraitinin daim yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz addımlar atıb.

Tarix boyu başqa xalqların əzəli torpaqlarında gözü olan Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirib, erməni silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub, 700 min nəfərədək azərbaycanlı öz doğma yurdunda məcburi köçkünə çevrilib. Çağdaş durumda Azərbaycanda son 20 ildəki təbii artımla 1 milyon 200 min nəfərə yaxın qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var. Bu gün bütün bu insanların qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı məcburi köçkünlərin problemlərinə xüsusi diqqət çəkərək, onların daim diqqət mərkəzində saxlandığını və bu baxımdan yola saldığımız ilin əlamətdar bir il olduğunu bildirib: "2017-ci ildə 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.

Həqiqətən də 2017-ci il Azərbaycan dövlətinin məcburi köçkünlərə diqqət və qayğısı baxımından görülən işlər davam etdirilib. İl ərzində Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Prezidentin də qeyd etdiyi kimi, Şıxarx qəsəbəsi də vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənərək azad edilib və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır.

Prezident bu il də yeni köçkün şəhərcikləri və qəsəbələrinin salınacağını bildirib: "Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər”.

Bu gün öz dədə-baba yurdundan qovularaq Azərbaycana pənah gətirən minlərlə qaçqın və məcburi köçkün yaşayır. Zaman-zaman erməni vandalizminin qurbanı olan köçkünlərə dövlətimiz daim arxa çıxıb, onların dərdinə həyan olaraq problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, qaçqınların sosial şəraiti xeyli yaxşılaşdırılıb və onların böyük əksəriyyəti işlə təmin olunub.

Millət vəkili Elman Məmmədov bu məsələlərə toxunaraq qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin hər zaman diqqətdə saxlandığını bildirib: "Bu məsələ hər zaman bizim prioritetlərimizdən olub. Dövlət başçısı da ilin yekunlarına dair keçirilən iclasda bu məsələyə bir daha diqqət çəkdi. O, həmişə olduğu kimi, bu il də onların problemlərinin diqqətdə saxlanacağını vurğulayıb. Bu çox əhəmiyyətlidir. Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətin nəzarəti altındadırlar. Dövlətimiz onların qayğısına qalır və yaşayış səviyyəsini yüksəltmək üçün tədbirlər görür. Prezident İlham Əliyev rəhbərliyə başladığı ilk günlərdən çadır şəhərciklərinin ləğvi, qaçqınlar üçün yeni mənzillərin tikilməsi və işlə təminatı məsələlərinə şəxsən özü nəzarət edib. Ötən il məcburi köçkünlər üçün iki böyük qəsəbə salınıb. Görülən işlər nəticəsində çadır şəhərcikləri tamamilə ləğv edilib və qaçqın və məcburi köçkünlər üçün yeni mənzillər inşa edilib. Onların işlə təmin olunması üçün hər bir şərait yaradılır”.

Elman Məmmədovun sözlərinə görə, 2017-ci ildə məcburi köçkünlər üçün iki böyük qəsəbə salınıb. Həmçinin, görülən bir sıra işlərin nəticəsi olaraq Cocuq Mərcanlı və Ağdərədən olan qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtdılar: “Bundan başqa, ötən il Bakı və Sumqayıt ətrafındakı ərazilərdə məcburi köçkünlər üçün minlərlə yeni ev tikildi. Yəni ümumilikdə götürdükdə, 2017-ci il qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş həyata keçirilib. Ölkə başçısı bu haqda dəfələrlə qeyd edib ki, qaçqın və  məcburi köçkün problemi hər zaman dövlətimizin diqqətindədir və torpaqlarımız işğaldan azad olunana və onlar öz yurd-yuvalarına qayıdana qədər bu, belə də davam edəcək. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Lazım gələrsə, hətta bu məbləğin artırılması üçün də müvafiq addımlar atılacaq. Bütün bunlar isə bir daha onu sübut edir ki, ölkəmizdə bu təbəqənin problemləri daim diqqət mərkəzində saxlanır” . Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə məcburi köçkünləri qəbul edib. R.Rzayev deyib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli bizim əsas məqsədimizdir və bu barədə mövqeyimiz qətiyyətlidir.

Komitədən verilən məlumata görə, qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib. Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri əsasən mənzil təminatı ilə bağlı olub. Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir. Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb. Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.

Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib.

Jurnalist Ülkər Piriyevanın sözlərinə görə, media qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı daha effektiv və dəyərli işlər görə bilər: “Çünki media ölkədə yeganə vasitədir ki, hər bir dövlət orqanı onu dinləyə bilir. Əslində, hər bir yerdə olduğu kimi, media vasitələri də hər şeyin daha yaxşı səviyyədə həyata keçməsi və əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinə kömək etmələri üçün problemi doğuran səbəbləri dərindən araşdırmalıdırlar. Hər bir halda, media vasitələri qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı, qaldırdığı hər bir  məsələnin son nöqtəsinə qədər getməli, problemin həlli istiqamətində səylərini əsirgəməməlidirlər. İstər başımıza gələn faciələrin, isərsə də ondan doğan problemlərin həlli istiqamətində media prinsipiallığını yerə qoymamalıdır. Hamımız bilirik ki, problemin həlli yolu mediada bir dəfə işıqlandırılmaqla və ya xalqımızın onilliklər boyu başına gətirilən faciələr ildə bir dəfə hadisənin baş verdiyi günü televiziyalarda göstərilib xatırlamaqla, qəzet, jurnal, saytlarda dərc edilməklə, nə cəmiyyətimizin dəyərləri qorunub saxlana bilər, nə də cəmiyyətimizdə olan mənəvi və maddi problemlər öz həlli yolunu tapar. Hesab edirəm ki, bu istiqamətdə yalnız problemlər deyil, eyni zamanda dövlətin deyilən təbəqə ilə bağlı gördüyü işlərin də lazımi şəkildə işıqlandırılması məsələsi də medianın üzərinə düşür”.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Bu kontekstdə ölkə başçısı İ.Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirilib. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ