Bazar günü günü, 18 oktyabr 2026
     

«Kölgə iqtisadiyyatı» - dövlətin iqtisadi gücünün artırılmasına və vətəndaşların rifahına dağıdıcı təsir edən faktor…

Image


Sirr deyil ki, dövlət büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Sahibkarlar öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması onun ödədiyi vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan zərbədir.

Lakin təəssüf ki, bu gün də bir sıra vergi ödəyicilərinin fəaliyyətinin və dövriyyələrinin təhlili ortaya tamamilə başqa mənzərə çıxarır. İkili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması hallarının həcmi kifayət qədər çoxdur. Bu gün leqal fəaliyyətlə yanaşı, uçotdan yayındırılan paralel iqtisadi dövriyyələr var ki, onun adı «kölgə iqtisadiyyatı»dır.

«Kölgə iqtisadiyyatı» cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub və dünyada müşahidə olunan problemdir. Hər bir dövlət onun səviyyəsinin və həcminin azaldılması ilə bağlı öz siyasətini yeritməyə çalışır. Söhbət qeyri-formal məşğulluqdan, «kassanın yanından» keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsindən kənar göstərilməsindən gedir. Sahibkarın öz gəlirlərini leqallaşdırmasına, şəffaf işləməsinə bir çox amillər təsir edir. Bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi sferalarda artır.

Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə də «kölgə iqtisadiyyatı» var və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına görə, «kölgə iqtisadiyyatı»nın həcminə görə MDB dövlətlərində orta göstərici 39%, Şərqi Avropada 23%, Türkiyədə 28%-dir.  Halbuki bu göstəricilər 2012-ci ildə müvafiq olaraq 43%, 28% və 31,5% olub.

Azərbaycanda «kölgə iqtisadiyyatı»nın ÜDM-dəki çəkisi ilə bağlı rəsmi statistika ilə müstəqil araşdırma mərkəzlərinin, həmçinin beynəlxalq təşkilatların göstəriciləri arasında ziddiyyətli məqamlar var. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, «zərflərdə» verilən əməkhaqqı, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalara rast gəlinir. Bir çox hallarda onun həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Lakin aydın olan budur ki, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli mənbələr mövcuddur. Dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi adi bir «biznes təcrübəsinə» çevrilib. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin sözlərinə görə, «kölgə iqtisadiyyatı» həm dövlətin iqtisadi gücünün artırılmasına, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına mane olan başlıca amildir və çoxmərhələli mübarizə tələb edir: «Məsələn, Azərbaycanda gizli iqtisadiyyatın əsas payını gizli məşğulluq təşkil edir. Əslində, gizli məşğulluq işəgötürənlərə sərf edir. Çünki onlar əlavə sosial sığorta ödənişlərindən, vergilərdən yayınaraq qeyri-leqal yolla külli miqdarda vəsait əldə edirlər. Yəni bu məsələdə vətəndaşların özündən də aktivlik tələb olunur».

Millət vəkili Hadı Rəcəbli də qeyri-formal məşğulluğun əsas səbəblərindən birinin sosial sığorta ayırmalarının yüksək səviyyəsi olduğunu bildirib. Əməkhaqqı fondundan ödəmələrin 25 faizlik (22 faiz işəgötürən + 3 faiz işçilər) həddinin yüksək olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bu, sahibkarların və işəgötürənlərin öz gəlirlərini leqallaşdırmağa mane olan səbəblərdən biridir.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün iqtisadi fəal əhalinin sayı 5 milyona yaxındır, məşğul əhalinin sayı isə 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfərini muzdlu işçilər təşkil edir. Bu şəxslər əmək müqavilələri rəsmiləşdirilmiş işçilərdir. Daha 1,6 milyon nəfərin kənd təsərrüfatı sahəsində çalışdığı məlumdur. Beləliklə, yerdə qalan iqtisadi fəal əhali ya fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir (işsizlər nəzərə alınmaqla). Ekspertlərin qiymətləndirmələrinə əsasən, bunun 1,2 milyon nəfəri qeyri-formal məşğul vətəndaşlardır. İqtisadi fəal əhalinin ümumi sayı ilə müqayisədə bu kifayət qədər böyük göstəricidir.

İqtisadçı ekspert Vüqar Bayramov «kölgə iqtisadiyyatı»nın formalaşmasının əsas səbəbini ikili mühasibatla bağlayır: «Bəzi hallarda şirkətlərdə dövriyyənin rəsmiləşdirilməsi həyata keçirilmir və ya işçilər əmək müqaviləsi olmadan işə cəlb edilir. Bəzi hallarda isə şirkət qeydiyyatdan keçmədən müəyyən fəaliyyətlər göstərə bilir. Bu baxımdan, «kölgə iqtisadiyyatı»na qarşı mübarizənin uğurla aparılması üçün birmənalı şəkildə ikili mühasibata qarşı mübarizə gücləndirilməlidir. Mühasibat sisteminin tam rəsmiləşdirilməsinə ehtiyac var ki, şirkətlər qeyri-leqal iqtisadiyyatda işləməyə üstünlük verməsinlər».

Araşdırmalar göstərir ki, sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır. Qeyri-rəsmi məşğulluq da məhz bu iki sektorda daha çox yayılıb. Halbuki, ilkin qiymətləndirmələr zamanı, bunun tikinti sektorunda olduğu düşünülürdü. Adətən, böyük istehsalat sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də kölgə iqtisadiyyatı ilə bağlı problemlər qruplaşdırılsa, görərik ki, bunların kiçik və böyük müəssisələr üzrə ayrılmasına ehtiyac var.

Bəzən vergilərin qanuni yolla optimallaşdırılması təcrübəsi vergidən yayınma ilə qarışıq salınır. Vergilər Nazirliyi bu yanaşmaları bir-birindən fərqləndirir: vergidən yayınma qanun pozuntusudur və belə hallarla sistemli mübarizə aparılmalıdır.

Vergilər naziri Mikayıl Cabbarovun son açıqlamalarının əsas hədəfi də məhz «kölgə iqtisadiyyatı»nın əhatə dairəsinin daraldılması, leqallaşma və hesabatlılığının artırılmasıdır. Vergilər naziri vergi siyasəti və vergi qanunvericiliyi sahəsində gözlənilən dəyişikliklərlə bağlı son çıxışlarında bildirib ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyəti qurumlarla birlikdə çalışaraq, «kölgə iqtisadiyyatı»nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirlər və bir sıra digər islahatlarla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Vergilər naziri qarşıda duran əsas çağırışların dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsi olduğunu bildirib və vergi mədəniyyətinin kifayət qədər yüksək olmamasına diqqət çəkib.

Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bu gün inzibati tədbirlərdən istifadə edir, lakin bununla kifayətlənmək olmaz. Biznes fəaliyyətinin, xüsusilə qeyri-rəsmi məşğulluğun, işçilərə verilən əməkhaqqının tam leqallaşdırılması, gəlirlərin düzgün bəyan edilməsi, ikili mühasibatın aradan qaldırılması, hesabatlılığın şəffaflaşdırılması istiqamətində bütün qanunvericilik və inzibatçılıq rıçaqları işə salınmalıdır.

Bu baxımdan, vergilər nazirinin əməkhaqqına vahid vergi yükünün müəyyən edilməsi təkliflərinin mövcudluğu ilə bağlı açıqlaması diqqət çəkir. Mütəxəssislərin fikrincə, əməkhaqqına mövcud ümumi vergi yükünün (sosial ayırmalar daxil olmaqla) çox olması bir çox sahibkarları əməkhaqqını leqallaşdırmamağa sövq edir. M.Cabbarov əməkhaqqına yeni ümumi vergi yükünün müəyyən ediləcəyi, bu yükün əvvəlkindən daha aşağı olacağı, həmçinin işəgötürənlərlə işçilər arasında ədalətli bölünəcəyi ilə bağlı ilkin açıqlamalar verib. Beləliklə, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılacağını gözləmək olar.

Bununla yanaşı, nağdsız ödəmələrin genişləndirilməsi, vətəndaşların və biznesin nağdsız hesablaşmalar aparması istiqamətində marağı stimullaşdırılmalıdır. Nağdsız ödəmələrin genişləndirilməsi dövriyyələrin şəffaflaşmasına və leqallaşmasına müsbət təsir edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ