çərşənbə günü, 01 iyul 2026
     

Şəffaflığın ən asan yolu - elektron qaimə-faktura...

Image


Vergi qanunvericiliyinin tələblərinə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən bütün vergi ödəyiciləri təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə elektron qaimə-faktura (e-qaimə-faktura) təqdim edir.

E-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasında şəffaflığın artırılmasına və qeydiyyata alınmış əməliyyatların sayının əhəmiyyətli artımına gətirib çıxarıb. 

E-qaimələrin tətbiqinin həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. Bu, inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlar zamanı şəffaflığın yüksəldilməsində mühüm rol oynayır. Digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, qarşılıqlı münasibətlərin hüquqi tənzimlənməsinə kömək edir.

Vergilər Nazirliyinin Vergi risqlərinin təhlili və nəzarəti departamentinin əməkdaşı Emil Əzizlinin bildirdiyinə görə, 2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində ümumilikdə e-qaimə-fakturaların sayı 2 milyon 651 min 795 ədəd olub. Onlardan 2 milyon 421 min 745  ədədi Bakı şəhəri, 230 min 50-i isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə fakturalar üzrə əməliyyatların məbləği 14,1 milyon manat təşkil edib.

Bununla belə, aparılan təhlillər vergi ödəyicilərinin e-qaimə-faktura tətbiqindən hələ də yayınmağa çalışdığını göstərir. Müstəqil ekspertlər də bu halları təsdiq edir.

Ödəyicilər dürüst uçot sistemi  qurmaq istəmirlər

Auditorlar Palatasının üzvü, müstəqil auditor Altay Cəfərov hesab edir ki, e-qaimələrin tətbiqi zamanı rast gəlinən əsas məsələ vergi ödəyicilərinin dürüst uçotunun olmaması və düzgün mühasibatlıq qurmaq istəməmələri ilə bağlıdır. Ödəyicilərin bir-birinə mal və xidmətlərə görə e-qaimə-faktura tələb etməmələri müəyyən nöqsanlar ortaya çıxarır. Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərə e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövriyyəsini gizlətmək üçün bu üsula əl atır. Çünki e-qaimə-faktura sayəsində vergi ödəyicisinin bütün fəaliyyəti, gün, ay, il ərzində apardığı əməliyyatlar öz əksini tapır. Həmin vergi ödəyiciləri, qeyd olunan sənəd təqdim edilmədiyi halda, bunun vergi uçotuna sonrakı mənfi təsirini ya dərk etmir, yaxud dərk etmək istəmirlər.

E-qaimə-faktura təkcə vergi sahəsi ilə məhdudlaşmır: hazırda maliyyə, bank, sığorta və digər fəaliyyət sahələrinin elektron mühasibatlıq sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bu amillər e-qaimənin tətbiqini labüd edir.

A.Cəfərovun dediyinə görə, hazırda bəzi ödəyicilərin mühasibləri olmadığı üçün onlar vergi bəyannamələrinin tərtib edilməsində özəl vergi məsləhətçilərinin xidmətində yararlanırlar. Mühasibatlıq üçün əlavə xərc lazım gəldiyindən, bir çox vergi ödəyicisi ondan imtina edir və bu, nəticədə onların vergidən yayınmasına səbəb olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin mütləq öz mühasibatlığı olmalıdır.

Bəs e-qaimə-fakturanın təqdim olunmaması təsərrüfat subyektlərində hansı problemlərə gətirib çıxarır? Ekspert qeyd edir ki, bu, vergidən yayınma hallarının artmasına və vergi ödəyiciləri arasında əməliyyatlar zamanı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, e-qaimə-faktura ilə bağlı yaranan mənfi halların aradan qaldırılması üçün bəzi prosedurların asanlaşdırılmasına, ən əsası isə bazar sektorunda malların alışı ilə bağlı sadələşdirilmiş qaydaların tətbiq edilməsinə ehtiyac var. Vergi ödəyicilərinin daha geniş formada maarifləndirilməsi də zəruridir. Bu məsələdə vergi orqanları ilə yanaşı, maliyyə, audit, biznes qurumları, ictimai təşkilatlar birlikdə təşviqat xarakterli tədbirləri artırmalıdırlar.

Uçotun aparılmaması vergidən yayınmaya gətirib çıxarır

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti, vergi məsələləri üzrə ekspert Radil Fətullayevin sözlərinə görə, ölkə ərazisində sənədsiz malların satılması qanuna ziddir: «Aydındır ki, hər bir mal ya ölkə ərazisində istehsal olunur, ya da xaricdən idxal edilir. Hər iki halda onlar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır».

Hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verməyə borcludur. E-qaimə-faktura sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla, gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

Elektron qaimə-fakturanın tətbiq edilməməsi maliyyə sanksiyalarına səbəb olur

Mövcud qanunvericilik elektron qaimə-fakturaların tətbiq edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədindən ən azı biri olmadıqda:

· alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10% -i;

· ikinci dəfə yol verdikdə 20%-i;

· üç və daha çox dəfə yol verdikdə 40 %-i həcmində maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyası elektron qaimə-faktura təqdim etməli olan yox, təhvil almalı vergi ödəyicisinə tətbiq edilir. Zünki qeyd edilən 3 sənəddən (malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ən azı biri olmadıqda, maliyyə sanksiyası artıq həmin malların dəyərinə tətbiq olunur.

Vergi  Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim olunmamasına görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmayıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

30.06.2026 / 19:22
Avropada istilər yüzlərlə insanın həyatına son qoydu...

30.06.2026 / 19:17
Avropada islamofobiya daha da şiddətlənir...

30.06.2026 / 19:13
Paşinyanın "Rusiya macəraları" erməni sahibkarlarını çökdürür...

30.06.2026 / 19:02
Nyu-Yorkda göyərtəsində 220 sərnişin olan təyyarə dronla toqquşdu...

30.06.2026 / 18:46
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verildi - FOTO

30.06.2026 / 18:16
Ankaraya yeni nəzər

30.06.2026 / 18:10
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” mövzusunda beynǝlxalq konqres tarixi İsmailiyyə binasında davam edib

30.06.2026 / 18:09
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub

30.06.2026 / 18:01
Bakıda qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi - VİDEO

30.06.2026 / 17:46
Türkiyədə təhsil islahatlarına Tacikistan etiraz edir - Türküstan, ya İranzəmin...?

30.06.2026 / 17:32
Dəhşətli istilər Avropada nəqliyyat infrastrukturunu çökdürür - dəmir yolu relsləri əyilir, asfalt əriyir, svetoforlar sıradan çıxır...

30.06.2026 / 17:12
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026 / 16:57
İmtahan nəticələri açıqlandı

30.06.2026 / 16:47
Bodrumda Kılıçdaroğluna qarşı imza kampaniyası - “Səni şəhərimizdə istəmirik”…

30.06.2026 / 16:36
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

30.06.2026 / 16:15
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

30.06.2026 / 16:12
Avrokomossiya rusiyalıların xaricə çıxışını yasaqlayır…

30.06.2026 / 16:08
NATO Zirvəsi öncəsi gizli hərbi planlar sızdı - Türkiyə F-35 qarşılığında S-400-ü Seula satır...

30.06.2026 / 15:32
Daha 6 itkin-şəhid dəfn ediləcək

30.06.2026 / 15:26
Avropa Birliyindən Ukraynaya 4 milyardlıq növbəti tranş - hərbi ehtiyaclar üçün…

30.06.2026 / 15:16
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi... - YENİLƏNDİ

30.06.2026 / 15:11
Azərbaycan XİN İsrailə real strateji mesajlar verdi...

30.06.2026 / 14:42
Kinonatoqrafçılar yeni sədr seçkisini "0"-dan başlayacaqlar...

30.06.2026 / 13:55
Avropada istidən evində ölənlər Bakıda mənzil tikintisinin böyük qüsurunu yada saldı...

30.06.2026 / 13:42
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

30.06.2026 / 13:36
İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

30.06.2026 / 13:18
Əli Əsədovun fermerlərə 100 bu başdan, 400 manat o başdan "dəstək qərarı" ...

30.06.2026 / 13:06
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

30.06.2026 / 12:56
Müasir türk dünyasında “ortaq humanitar məkan” Türkoloji Qurultaydan başladı - Əliyev nəyi nəzərdə tutur?...

30.06.2026 / 12:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

30.06.2026 / 12:48
Qarabağ reallıqları fonunda ikili standartlar

30.06.2026 / 12:46
Zərgərlər Trampa 321 brilyantla bəzədilmiş üzük hədiyyə etdi...

30.06.2026 / 12:39
“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyası təsis olundu

30.06.2026 / 12:30
İlk Türkoloji Qurultayın Bakıda keçirilməsi Demokratik Respublika ilə bağlı idi - Əliyev tarixi xatırlatdı...

30.06.2026 / 12:18
Nazir repetitorluğun qadağan edilməsinin mümkün olmadığını deyir...

30.06.2026 / 12:09
MDU-dan Azərbaycanda ilk: Süni intellekt müəllim seçiminə cəlb olunur

30.06.2026 / 12:02
David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edilib

30.06.2026 / 11:56
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin dördüncü təlimi

30.06.2026 / 11:53
Putinin vətəndaşlıq rüsumunu 12 dəfə artırmasının hədəfləri arasında biz də varıq...

30.06.2026 / 11:51
Türk dillərinin inkişaf dinamikası ilə bağlı müzakirə aparılıb

30.06.2026 / 11:32
"Azərbaycan 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib" - Nazir müavini

30.06.2026 / 11:30
Rusiyada yanacağın daha da bahalaşacağı anons edildi – "artıq limitsiz və ucuz benzin gözləməyin”...

30.06.2026 / 11:22
"Prezident İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki..." - ABŞ konqresmeni

30.06.2026 / 11:10
"Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq" - Emin Əmrullayev

30.06.2026 / 10:52
İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlandı

30.06.2026 / 10:24
Azərbaycanda heyvanlar da birjada satılacaq...

30.06.2026 / 10:03
Monakoda ukraynalı oliqarxa sui-qəsd cəhdi - 2-si ağır, 3 yaralı var...

30.06.2026 / 09:50
Azərbaycan nefti bahalaşdı...

30.06.2026 / 09:27
Ermənistandakı Rusiya bazası bağlanır? - Rusiya XİN-dən açıqlama...

30.06.2026 / 09:26
Sinan Oğan suala sualla cavab verdi - gündəm oldu

30.06.2026 / 09:12
Rusiyada yanacaq böhranı dərinləşir - Moskvada satış məhdudiyyətləri sərtləşdirildi...

30.06.2026 / 08:50
İraqda korrupsiya əməliyyatı - nazir müavininin 14 milyonuna əl qoyuldu...

29.06.2026 / 23:07
Rusiyadan Qərb ölkələrinə gözdağı - hücumlara qarşı tankerlərə ağır silahlar yerləşdirilir...

29.06.2026 / 22:51
Naxçıvanda sabiq xidmət rəisi məhkəmə qarşısına çıxarıldı - 3,6 milyonluq yeyinti...

29.06.2026 / 22:34
“Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək" - Vüqar Rəhimzadə

29.06.2026 / 22:28
Şəki Xan Sarayının tarixi yenidən yazılır

29.06.2026 / 21:55
Medvedev seçki siyahısına başçılıq edə bilmədi - Lavrov spiker olacaq?...

29.06.2026 / 21:28
Qarabağdan köçmüş ermənilər Ukraynada Rusiya üçün vuruşur - sirr açıldı...

29.06.2026 / 21:05
Paşinyan erməni cəmiyyətinə dərs verir - “Qarabağı almaq yox, vermək üçün bu sözləri dedim”...

29.06.2026 / 20:43
Trampla Putin Ukraynadan xəbərsiz razılaşma imzaladılar - dava düşüb...

29.06.2026 / 20:29
Azərbaycan parlamentindən Korsika ilə bağlı qanun layihəsinə tam dəstək...

29.06.2026 / 20:07
İsrail məhkəməsindən Netanyahu ilə bağlı şok qərar – vəkil üsyan etdi...

29.06.2026 / 19:49
Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

29.06.2026 / 19:32
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" - Mehriban Əliyeva

29.06.2026 / 19:30
Avroittifaqda yəhudi və alman lobbiçiləri eston qızı Kaya Kallası məhv edir...

29.06.2026 / 19:16
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTO

29.06.2026 / 18:53
Problemli bank kreditləri yenidən böyüyür...

29.06.2026 / 18:39
ABŞ İsraili hədələdi - sizi xüsusi imtiyazlı müttəfiq statusundan məhrum edərik...

29.06.2026 / 18:25
Putindən sərt mesaj - Rusiya ya güclü olacaq, ya da yox olacaq...

29.06.2026 / 18:08
Almaniyada silahlı insident - beş nəfər öldürüldü...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ