Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bütün regionun iqtisadi artımını təmin edəcək.
Bunu “Trend”-ə Bolqarıstan Nəqliyyat Nazirliyindən deyiblər.
Məlumatda deyilir: “Ölkəmiz Avropa-Asiya daşımalarının yeni dəmiryol dəhlizi vasitəsilə həyata keçirilməsi üçün müvafiq quru və dəniz marşrutları təklif etməyə çalışır. Bizim təhlillərimiz göstərir ki, İpək yolu çərçivəsində Bakı-Tiflis-Qars marşrutu ilə dəmir yolu xətti Rusiyadan keçən marşrutun alternativi olacaq və bütün regionda iqtisadi artımı təmin edəcək”.