çərşənbə günü, 19 avqust 2026
     

Nefti bahalaşdıran amillərin sayı sürətlə artır

Image


Neftin sürətlə bahalaşması fonunda qiymət artımının nə qədər davam edəcəyi barədə indi müxtəlif fikirlər səslənməkdədir. Bu gedişlə ilin ilk yarısında qiymətlərin 100 dollarlıq həddi keçməsi gözlənir. Son məlumatlara görə, artıq “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçib. “Light” neftinin qiyməti isə son 4 ilin maksimumuna çataraq 72 dolları ötüb. Neftin qiymətindəki bu sıçrayışa təsir edən əsas amillərə gəlincə, ilk növbədə qeyd etmək lazım gəlir ki,  “qara qızıl”ın bahalaşmasına indi geosiyasi amillər çox təsir edir.

Məsələn, bu günlərdə ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ardından Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmaların artmasının Orta Şərqdə neft təklifi ilə bağlı problemlərin yaranacağına dair ehtimallara zəmin yaratması qiymətlərə birbaşa təsir edir.

Digər səbəb isə İsrailin Qəzza bölgəsini bombalamasından sonra Ərəb Liqası xarici işlər nazirlərinin Qahirədə toplaşmasıdır. Həmçinin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı yayılan xəbərlər də neftin qiymətinin bahalaşmasına öz təsiri göstərir. Bundan başqa, neftin qiymətindəki artıma ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq etmə qərarı ilə əlaqədar Fransanın “Total” neft-qaz şirkətinin İrandakı 4,2 milyard avroluq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinin icrasını dayandırması da təsirsiz ötüşməyib. Neft və dəniz daşımaları sahəsində dünyanın ən böyük şirkətlərindən olan Danimarkanın “Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, Almaniyanın sığorta nəhəngi “Allianz”ın İranla ticarətini dayandırmağa hazır olduğunu açıqlaması, həmçinin də “Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi də qiymət yüksəlişinə səbəb olan faktorlardır.

Eləcə də, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) son hesabatına görə, iqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barrel azalaraq 1 milyon 436 barrelə düşüb. Venesuelada neft hasilatının azalması, eləcə də ABŞ-ın neft emalı zavodlarının iyun ayında təmirə bağlanacağı da “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdir. Qlobal neft tələbatının 2018-ci ildə gündəlik orta hesabla 99,2 milyon barrelə çatacağına dair xəbərlər də qiyməti yüksəldir. Nəticədə dünya birjalarında neftin qiyməti bahalaşır.

Ölkəmizin satdığı  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 2,21 dollar bahalaşaraq 81,03 dollar olub. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edir ki, il ərzində neftin qiyməti 70 dollardan aşağı düşməzsə, Azərbaycan 2,5 milyard dollardan yuxarı əlavə gəlir əldə edəcək. Yəni ötən il neftdən 6,3 milyard olan mənfəətimiz 8,5-9 milyard dollar səviyyəsinə qədər yüksələ bilər. O bildirib ki, hazırda neftin qiymət artımının amplitudası çox yüksəkdir: “Hazırda birjalara təsir edən amillər həddən artıq çoxdur. Gün ərzində yayılan dəyişkən siyasi, iqtisadi informasiyalar öz təsirini dünya bazarındakı neft qiymətlərində göstərir. Bu kimi informasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin aşağı düşməsi və bahalaşması müşahidə olunur. Qiymətlərin qeyri-stabilliyinin nə vaxta qədər davam edəcəyini proqnozlaşmdırmaq çox çətindir. Hələ ki, həm geopolitik məkanda, həm də tələb və təklif arasında təzadlı məqamlar çoxdur. Amma iyun ayında, ümumiyyətlə, neft bazarında bir sıra ziddiyyətli məqamlar baş verə bilər. Bu da mövsümi xarakter daşıyan neftayırma zavodlarının böyük əksəriyyətinin həmin vaxt təmirə bağlanması ilə bağlı olacaq. Bununla əlaqədar həmin şirkətlər kifayət qədər tədarük görmək istəyir. Bu tədarük isə o deməkdir ki, onlar daha çox neft alır və ehtiyatlarını artırırlar. Bununla həmin nefti özlərində emal edərək anbarlarda neft məhsulları ehtiyatı yaratmağı hədəfləyirlər. Belə olan halda həmin ölkələr öz alıcıları qarşısında sifarişləri həyata keçirə bilir”.

Ekspert qeyd edib ki, hazırda bazarda olan qiymətin real tələb, yoxsa bazarda ona olan təklif olduğu bilinmir: “Bundan əlavə, neftayırma zavodlarının təmirə bağlanma vaxtı da hər yerdə eyni olmur. Həmin zavodların özləri üçün rezerv aldığı neftin miqdarının fərqli olması da bazarda ajiotaj yaradır. Ona görə də hazırda bazarda tələbin daha çox olmasına görə qiymət artır”. Ekspert neftin qiymətinin 100 dolları ötəcəyi ilə bağlı söyləntilərə də münasibət bildirib: “Bunun üçün neft bazarında kifayət qədər ciddi hadisələr baş verməlidir. Digər tərəfdən, neftin böyük həcmlərinin daşındığı nəqliyyat dəhlizləri üzərində də hərbi çaxnaşmalar olarsa, bu risqlər nəzərə alınıb neftin qiyməti belə bir həddə çata bilər. Əks təqdirdə hazırda neftin qiymətinin 100 dolları keçməsinə hər hansı səbəb yoxdur”.Ekspert vurğulayıb ki, neftin qiymət artımı Azərbaycanın valyuta gəlirlərini artırır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ