Bazar ertəsi günü, 19 oktyabr 2026
     

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Image


Azərbaycanda postneft dövrünün proqnozlaşdırıldığından xeyli tez başlaması ölkənin qeyri-neft sektorunun inkişaf potensialının dəyərləndirilməsi və tətbiqi ilə yanaşı, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi də reallığa yaxınlaşdırdı ki, əslində dünyadakı qloballaşma dövründə bu həm də dövrün tələbi kimi çıxış etməkdədir.

Çünki beynəlxalq aləmin bir parçası olaraq dünya bazarına inteqrasiyanı hədəfləyiriksə, İKT sektorunun sürətli və intensiv inkişafı ölkənin inkişaf konsepsiyasında prioritet məsələ olmalıdır. Bu zərurəti zamanında dəyərləndirən mərhum prezident Heydər Əliyev Azərbaycanda "elektron hökumət"in formalaşdırılmasında ilk addımı hələ 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı imzalamaqla atdı. Sonrakı dövrdə Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması isə dövlət idarəiliyi və ictimai həyatın bütün sahələrində "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaratdı. Bu kontekstdə qəbul olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulan hədəfə çatmaq üçün müstəsna əhəmiyyətli normativ-hüquqi akt sayılmalıdır. Çünki məhz bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual şəkildə əsaslandırılaraq, onun əhəmiyyəti önə çəkilir.

Ölkədə İKT sektorunun inkişafının 2025-ci ilə kimi bəlli hədəfləri...

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi isə 2016-cı ilin 6 dekabr tarixində Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilib. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının  inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırış və imkanlar nəzərə alınmaqla hazırlanan bu Yol Xəritəsi qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet vəzifələri nəzərdə tutur. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Hazırkı imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi isə 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən birini təşkil edir. Bu məqsədlə Azərbaycanda, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır.

Digər tərəfdən, son illərdə "Elektron hökumət"in tətbiqi ilə əlaqədar iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində "elektron hökumət" layihələri uğurla həyata keçirilir. Bunun müsbət nəticələrini isə sadə vətəndaş artıq illərdir öz həyatında hiss edir. Belə ki, "Elektron hökumət"in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılması və elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, onun daha münasib və çevik formada həyata keçirilməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə, vergi sistemində şəffaflığın təmin olunmasına  və ən əsası, kiçik və orta sahibkarlıq subyektlərinin biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar açıb ki, bu da “Made in Azerbayjan” brendini dünyada tanıtmağı hədəfləyən Azərbaycan dövləti üçün yerli istehsalın stimullaşdırılması baxımından olduqca əhəmiyyətlidir. 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə verilməsinə başlanan elektron imzanın tətbiqi isə əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin genişlənməsinə xidmət etməkdədir. Bu imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılıb ki, bu da sözügedən sahənin inkişafına təkan verən addım sayıla bilər.

İKT-nin tərəqqisi - postneft dövrünün inkişafının əsas hədəflərindən biri...

Prezident İlham Əliyev çıxışlarının birində İKT-nin dünya tələblərinə uyğun inkişaf etdirilməsi və onun gəlirliliyinin artırılmasını postneft dövrünün əsas iqtisadi prioritetlərindən biri kimi xarakterizə edərək deyib ki, növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaq ki, burada da informasiya və kommunikasiya texnologiyalarının (İKT) çox böyük çəkisi var.

2013-cü ildə isə Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxarması ilə əlaqədar ölkə başçısı həmin ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsilə bağlı Sərəncam imzaladı və bununla da sözügedən sahədə müasir dövrün tələblərinə tam cavab verən yeni infrastrukturun əsasını qoydu. Həmin ilin 8 fevral tarixində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxıldı. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğunu qeyd edib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu illər ərzində aparılan effektiv idarəetmə nəticəsində onun proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb. Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməklə Mərkəzi Asiya, Avropa, Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. 2014-cü ilin dekabr ayından etibarən isə "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli, Yer səthini məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil alıb və bununla da, Geo-İnformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.

Lakin ekspert İsa Qasımov deyir ki, ölkədə İKT sektorunun inkişafında proqramlaşdırma ilə paralel olaraq mühəndis yanaşmalarının inkişafına da diqqət verilməlidir. Bu isə, öz növbəsində, elektronika mühəndisliyinin də inkişafını zəruri edir: “İKT-nin imkanlarından istifadə edərək avtomatlaşdırma kimi geniş sahəni inkişaf etdirməyin lazım olduğu qənaətindəyəm. Bu cür yanaşma həm də innovasiyaların inkişafı və tətbiqi zərurətindən irəli gəlir. Avtomatlaşdırma proseslərində İKT-nin rolu əvəzedilməzdir. Ancaq elektronikanın inkişafı təmin edilməzsə, təkcə İKT-nin inkişafı arzuedilən nəticələri verməyəcək. Fikrimcə, sənayenin inkişafı üçün bu iki sahənin birlikdə inkişaf etdirilməsi daha doğru olacaq”. Ekspert bildirir ki, ölkədaxili bazarın təmin olunmasında yerli mühəndislərin gücündən və layihələrin tətbiqindən maksimum istifadə uğurlu nəticələrin əldə olunması üçün ciddi əsasdır. Onun fikrincə, ciddi zərurət olmadan xarici bazardan İKT məhsullarının və ya xidmətlərin satın alınması bu sahənin ölkədə inkişafına mənfi təsir edə bilər:”Xarici bazardan idxal etdiyimiz hər bir məhsul və ya xidmət həmin məhsul və ya xidmətin daxili bazarda inkişafını ciddi şəkildə zərbə altında qoyur. Bu, əlimizdə olan kapital imkanlarının da azalmasıdır. Bəzən hər hansı təşkilat və ya müəssisə bu cür xidmətləri böyük pullar ödəyərək xarici bazardan alır. Halbuki, həmin xidmətləri yerli bazarın imkanları ilə daha yaxşı və ucuz qiymətə təmin etmək olardı. Daxili bazarda İKT-nin arzuedilən inkişafı üçün bu hallar aradan qaldırılmalıdır”.

İnformasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası...

Azərbaycanda informasiya cəmiyyətinin qurulması prosesi və onun uğurlu inkişaf təmayülü ölkənin təhsil sistemindən də yan keçməyib. Bəllidir ki, son illər ölkənin bir çox ümumtəhsil məktəblərində kompyuterləşmə sahəsində pilot layihələr uğurla həyata keçirilib ki, bu da İKT-nin cəmiyyət həyatının müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsinin dövlət siyasətinin prioritetlərindən olduğundan xəbər verir. Bu isə təsadüfi deyil, çünki İKT-nin təhsildə tətbiqi Azərbaycanda gəncliyin müasir bilik və bacarıqlara malik yeni nəslinin formalaşmasına birbaşa təsir edən amildir ki, məhz bu səbəbdən də Azərbaycan dövlətinin müasir gənclər siyasətinin tərkib hissələrindən birini təşkil edən məsələyə çevrilib. Hazırda təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulması isə bu sahənin inkişaf strategiyasının prioritet istiqamətini təşkil edir. Ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi prosesinə Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ilə start verilib. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə edilməklə ölkədə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoydu. Son illərdə məktəblərin İKT avadanlığı, o cümlədən kompyuter, noutbuk, interaktiv lövhələrlə təchizatının uğurla davam etdirilməsi isə, şagirdlərlə yanaşı, məktəblərin pedaqoji heyətinin də müasir texnologiyalı cəmiyyətə inteqrasiyasını günün tələbinə çevirib. Beləliklə, İKT-dən istifadə edilməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələb və vəzifələr qoyur. Faktdır ki, bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli inteqrasiyasına nail olmaq mümkün deyil. Çünki artıq yeni nəslin müəllimlərindən təkcə öyrətdikləri fənnin tədrisi deyil, həm də şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.

Alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və onun imkanlarından maksimum istifadə, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması gələcəkdə gənc nəslin təmsil olunduğu informasiya cəmiyyətinin formalaşması baxımından önəmli və zəruri şərt kimi çıxış edir.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ