"Sberbank" Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkətinin kapitalına həbs qoydurdu - YENİLƏNDİ

Moskva Arbitraj Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti "MBA-Moskva"nın kapitalında 41,6 faizlik paya həbs qoyub.
Trend-in məlumatına görə, bu qərar "Sberbank"ın müraciəti əsasında verilib.
Məhkəmənin qərarında qeyd olunur ki, “Sberbank” Moskva şəhər Arbitraj Məhkəməsinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “MBA-Moskva”dakı payına həbs qoyulması ilə bağlı müraciət edib.
Aprel ayında isə “Sberbank” İngiltərə və Uels Yüksək Ədalət Məhkəməsinə müraciət edərək kredit müqaviləsi 21,27 milyon dollar həcmində borcun alınmasını tələb edib. Lakin “Sberbank” borcu ala bilməyib.
Xatırladaq ki, ötən il Beynəlxalq Bankın Müşahidə Şurası bankın xarici öhdəliklərinin restrukturizasiyası barədə qərar qəbul etmişdi.