Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısını alıb.
DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Renault Tondar 90” markalı minik avtomobili Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində saxlanıb. Avtomobilə baxış zamanı, küllli miqdarda aksiz markasız “Marlboro”, “King” siqaretləri və “Nemiroff” araqları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.