Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Ərəb dünyasından Azərbaycana sərmayə axınında maraqlı proseslər başlayıb

Image


Azərbaycanın müsəlman dövlətləri ilə dinamik inkişaf edən əlaqələri fonunda ölkəmizə İslam dünasından turist axınının əhəmiyyətli dərəcədə artması müşahidə edilməkdədir. Qarşıdakı dövr ərzində əsas etibarı ilə ərəb ölkələrindən Azərbaycana daha çox sayda insanın üz tutması gözlənir.

Yeri gəlmişkən qeyd edək ki, cari  ilin ilk rübü ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 630 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 % çox əcnəbi gəlib. Bu ilin yanvar-mart aylarında Körfəz ölkələrindən  gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, BƏƏ vətəndaşlarının sayı 1,3 dəfə artıb. Bütün bunlar bir daha ərəblərin Azərbaycana böyük marağını aydın şəkildə nümayiş etdirir. Ekspertlər hesab edir ki, Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura marağı böyükdür. Onu da bildirək ki,

Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin "Global Muslim Travel Index" reytinqində 130 ölkə arasında 10-cu yer tutub.

Amma ərəblərin Azərbaycana marağı təkcə turizmlə məhdudlaşmır. Ərəb ölkələri Azərbaycana investisiya yatırımına da xüsusi diqqət yetirir. Hətta bu fonda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu da keçirilib. Bu günlərdə isə Vergilər Nazirliyi BƏƏ-nin “Ethihad Airways PJSC” şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb. Nazirlik eyni zamanda Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco”nun Azərbaycandakı nümayəndəliyi olan  "Aramco Overseas Company Azerbaijan” MMC-ni də dövlət qeydiyyatına alıb. Ekspertlərin fikrincə, böyük ərəb şirkətləri olan bu qurumların Azərbaycana gəlişi ölkəmizə yeni  vəsaitin gəlişi deməkdir. Məlumat üçün bildirək ki, “Saudi Aramco” dünyanın ən bahalı neft şirkətidir. Onun bazar dəyəri 2 trilyon dollara yaxındır. “Saudi Aramco”nun Azərbaycana maraq göstərməsi, ekspertlərin fikrincə, neft-qaz sənayesində yeni emal müəssisələrinin yaranması ilə yadda qalacaq. Çünki “Saudi Aramco”nun son 10 illik fəaliyyəti məhz neft emalı zavodları, neft məhsullarının istehsalına yönəlib.

Bundan öncə isə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, “Saudi Aramco” və Azərbaycanın  SOCAR şirkəti birgə layihələrdə belə iştirak edə bilər: “Bu sahədə əməkdaşlıq uğur vəd edir. “Saudi Aramco”və SOCAR aparıcı şirkətlərdir. Əminəm ki, hər iki şirkət yeni investisiya kanalları açmaqla fəaliyyətlərini genişləndirə biləcək. “Saudi Aramco” və SOCAR-ın birgə layihələrdə iştirakı tamamilə realdır və qarşıda heç bir maneə görünmür. Səudiyə Ərəbistanı Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmağa hazırdır. Biz “SAAB”, “Maaden” kimi nəhəng ərəb şirkətlərini Azərbaycana investisiya qoymağa həvəsləndiririk. Bundan əlavə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac edilməsi əsas addımlardan biridir. Biz Azərbaycanın alüminium sahəsindəki təcrübəsini də öyrənməkdə maraqlıyıq. Bunun üçün qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsi olduqca vacibdir. Bizim çoxsaylı özəl müəssisələrimiz, sahibkarlarımız onlara daha çox gəlir gətirə biləcək ölkə və məkan axtarışındadır. Düşünürəm ki, təhlükəsiz ölkə olan Azərbaycan bu sahədə yaxşı modeldir. Ümidvarıq ki, bizim şirkətlər Azərbaycana gələrək iqtisadiyyatın və sənayenin şaxələndirilməsinin bir hissəsi olacaq”.

Barəsində bəhs edilən BƏƏ-nin “Ethihad Airways PJSC” şirkəti isə turizm sahəsində fəaliyyət göstərir. Qurum tərəfindən  ərəb turistlərinin ölkəmizə maraqları nəzərə alınıb. İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, yeni İnvestitsiyalar yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar deməkdir. Ərəb investisiyalarının Azərbaycandakı perspektivlərini  şərh edən ekspert vurğulayır: “İstənilən ölkə daha çox investisiya cəlb etməyə çalışır. Körfəz ölkələrindən olan biznes strukturlar son 15-20 ildə dünyada aqressiv şəkildə investisiyalar qoyur. Azərbaycan da çalışır ki, bura həmin yatırımların bir qismi cəlb olunsun. Ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərir”. Digər ərəb ölkələrindən Qətər, Küveyt, Oman da Azərbaycanla işbirlyinin genişlənməsində maraqlı tərəf kimi çıxış edir. Bu isə Azərbaycana gələn ərəb sərmayəsinin artacağını bəri başdan deməyə əsas verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ