Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Image


Bakının mərkəzində şahid olduğumuz inkişafı paytaxtın digər rayonlarında da hiss etmək mümkündür. Şəhərimizin günü-gündən dəyişməsi, gözəlləşməsi, mədəni, sosial-iqtisadi baxımdan inkişaf etməsi nəinki özümüzün hətta xarici turistlərin, qonaqların, elm və incəsənət xadimlərinin də zövqünü oxşayır. Paytaxtın Suraxanı rayonu sadaladığımız bütün parametrlərə, göstəricilərə malik bir rayondur. XIX əsrin sonları XX əsrin əvvəllərində Suraxanı daha çox neft sənayesi rayonu kimi tanınırdı.

Neft Bakısının inkişaf edən rayonlarından biri olan Suraxanı ilə tanışlıq, bu rayonun qəsəbələrində rastlaşdığımız göz oxşayan, könül açan müsbət işlər həqiqətən də diqqətəlayiqdir. Bir vaxtlar bir parça çörək qazanmaq üçün Suraxanı rayonuna üz tutan insanların ailə üzvləri bu gün firavan həyat sürürlər. Suraxanı çoxmillətli rayondur. Keçmişdə də, bu gün də burada ayrı-ayrı xalqların, dinlərin nümayəndələri yaşayır, dövlətimizə, mədəniyyətimizə xidmət edirlər. Suraxanı artıq onların baba-nənələrinin dövründəki neftli, mazutlu bir yer deyil, abad, daim yüksək templə inkişaf edən bir rayondur. 

“Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı”na Dair Dövlət Proqramının tələblərinə uyğun olaraq, Suraxanı rayonu da social-iqtisadi cəhətdən inkişaf edir.

Ölkəmizin bütün bölgələrində, şəhərlərində olduğu kimi, Suraxanı rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində müxtəlif işlər həyata keçirilib.

Qeyd edək ki, cari ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2  milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olmuş, orta aylıq əməkhaqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1154 yeni daimi iş yeri açılıb.

Son aylar rayonda küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 16,3 min kv.m. asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib. Onu da vurğulayaq ki, yenidən qurulan yolların ətrafının estetik görünüşün yaxşılaşdırılması məqsədilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, nizamlanaraq rənglənir.

Vurğulayaq ki, rayonda 2457 p.m. su, 198 p.m. kanalizasiya və 1850 p.m. qaz, 470 m hava elektrik xətti çəkilmiş, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılıb, abonentləri elektrik enerjisi ilə birbaşa təmin edən hava xətlərinin bəziləri təmir edilib. Suraxanı ərazisində görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 96%-i su ilə təmin olunur.

Əhali ilə söhbətimiz zamanı məlum oldu ki, qış mövsümündə istilik baxımından çətinlik yaşamayıblar.

Rəsmi məlumatlara görə, aidiyyəti qurumlar tərəfindən istilik sistemlərində təmir-bərpa işləri aparılıb, 299 p.m istilik xətti dəyişdirilib, istilik sisteminə qoşulan 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin  ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK, “Neftçi” MTK tərəfindən yaşayış binalarının inşası işləri davam etdirilir.

Rayonda yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34, 36 və Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, 2 girişli yaşayış binasının tikintisinə başlanılmış və işlər davam etdirilir.

Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılması da rayonda görülən böyük işlərdəndir. Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilməsi əhalinin müsbət qarşıladığı hadisələrdən biridir.

Qeyd edək ki, “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilib. Mənzil-kommunal təsərrüfatı birlikləri tərəfindən rayonun sanitar təmizliyinin təmin edilməsi tədbirləri davam etdirilib, Yeni Günəşli “Q” yaşayış sahəsi 7, 8, 9, 10 və 11 saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanıb.

Suraxanı rayonunda neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi istiqamətində aparılan işlər də diqqəti cəlb edir. Məlumata görə, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 2,0 hektar olan müxtəlif ölçülü 32 gölməçə qurudulub, neftlə çirklənmiş 6,41 hektar torpaq sahəsi təmizlənib.

Vurğulayaq ki, Suraxanı rayonu qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı rayonlardan biridir. Məcburi köçkün ailələri ilə söhbətimiz zamanı onlar bildirdi ki, onların problemlərinin həlli hər zaman rayon rəhbərliyinin diqqət mərkəzindədir

Qeyd edək ki,  Suraxanı  ərazisində  müxtəlif ünvanlarda 20 mindən artıq məcburi köçkün məskunlaşıb, ötən il ərzində onların məişət problemlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki  “Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.

Suraxanı məktəblilərinin vətənpərvərlik tərbiyəsinin formalaşdırılması sahəsində də rayonda yüksək səviyyəli işlər həyata keçirilir. Artıq Suraxanı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində iştirak edib və  martın 26-29-da rayonun 27 nümunəvi şagirdi Naxçıvan Muxtar Respublikasına səfər edib. Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri də, öz növbəsində, 17 və 28 mart tarixlərində Suraxanı rayonuna gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olublar. Bu tur-aksiyalarda ümumilikdə 326 nəfər Suraxanı məktəblisi iştirak edib. Sözsüz ki, vətənimizin övladlarımıza tanıdılması istiqamətində həyata keçirilən bu layihə böyük əhəmiyyətə malikdir.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzi də son illər rayonda inşa edilən əhəmiyyətli obyektlərdən biridir. 2009-cu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışı bildirən qırmızı lenti kəsməsi ilə fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji qərargahına çevrilib. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutları, Azərbaycan Respublikası Milli Məslisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə 2009-cu ildən bəri 140-a yaxın tədbir keçirilib.

Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir və suraxanılı gənclər tez-tez bu məkana baş çəkir və Azərbaycan xalqının böyük oğlunun işıqlı əməllərini əks etdirən dəyərlərlə tanış olurlar. .

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən, Mərkəzdə bir çox ictimai-siyasi tədbir keçirilib, 2014-cü ilin 7 ayında Mərkəzdə 15 ümumrayon tədbiri, Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 10 açıq dərs, yeni ailə quran 7 gənc ailənin nikah mərasimi keçirilib.

Qeyd edək ki, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 85 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb.

Suraxanı rayon Gənclər və İdman İdarəsi böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, məktəb şagirdlərinin hərbi-idman və turizm oyunlarına cəlb etmək, onları ordu sıralarında xidmətə hazırlamaq məqsədilə şagirdlər arasında “Şahin” və “Sərhədçi” hərbi-idman oyunları üzrə yarışların keçirilməsini təşkil edilir. Suraxanı rayonundan 78 idmançı beynəlxalq yarışların qalibi, 192 idmançı isə Bakı şəhər və Respublika birinciliklərinin qalibləri olublar.

Onu da vurğulayaq ki, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilir və əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər görülür.

Suraxanı rayonu sosial-iqtisadi cəhətdən davamlı inkişaf sürəti götürən bir rayon kimi artıq özünü təsdiqləyib. Ümid edirik ki, növbəti dövrlərdə də biz Suraxanını abad, inkişaf yolunda olan bir rayon kimi görə biləcəyik.

Namiq QULİYEV

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ