Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Image


Deyirlər ki, lap qədim zamanlarda uzaq-uzaq ellərdən İpək Yolu vasitəsilə dəvə karvanları Bakıya gələr, buradan dünyanın dörd bir yanına neft, duz, balıq, başqa sənaye və qida məhsulları daşıyardılar. Suraxanı da dəvə karvanlarının ən çox gəldiyi məkanlardan biri idi. Buradan dünyanın hər bir yerinə əhəng daşınardı. Suraxanıdan çıxarılan əhəngi tacirlər dünya bazarına çıxarar və satardılar.

Suraxanını dünya səyyahları, tacirləri ancaq qızıl qiymətinə satdıqları əhəngin məkanı kimi tanımırdılar, buranı həm də yaşı neçə minillər ölçülən və atəşpərəstlərin səcdə, inanc yeri olan Atəşgaha görə tanıyırdılar. Şərqdən, Qərbdən bizim ellərə yol alan dəvə karvanlarında Atəşgahı ziyarət etmək üçün saysız-hesabsız zəvvar da gələrdi. Suraxanı qədim yaşayış ərazisi olmaqla yanaşı, həm də tarixi bir məkandır. Bura Azərbaycan elminin, mədəniyyətinin, dövlətçilik tarixinin ölməz şəxsiyyətlərinin doğulduğu, böyüdüyü, dünyaya zəka, işıq payladığı bir məkandır. Abbasqulu ağa Bakıxanovun, Səttar Bəhlulzadənin, Tofiq Bakıxanovun, Yusif Kərimovun, Ələkbər Muradovun, Tofiq Bayramın, Hicran Şərifovun, məşhur milyonçular Şəmsi Əsədullayevin və Murtuza Muxtarovun doğma evi olub Suraxanı. Onların istedadı, biliyi, Vətən sevgisi Suraxanıdan od alıb, qığılcım-qığılcım bütün dünyaya yayılıb.

2015-ci ildə ölkəmizin həyatında mühüm rol oynayan  I Avropa Oyunları zamanı Suraxanı rayonu da fərqləndi. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda I Avropa Oyunlarının məşəlini alovlandırdı. Bu mühüm hadisənin Suraxanı rayonu ərazisində baş verməsi həqiqətən də unudulmaz və təqdirəlayiq bir haldır. 

Tarixin və müasirliyin gerçək simasını özündə yaşadan Suraxanı rayonu mənim üçün olduqca doğmadır. Mənim ilk dəfə Bakı ilə tanışlığım Suraxanı və onun qəsəbələri ilə başlayıb. Uzun illər bu rayonun ərazisində yaşamışam, bu gün yaxın qohumlarımın bir çoxu burada yaşayır.

Düzünü deyim ki, mən Suraxanı ilə tanış olanda o indiki kimi deyildi. Onu da vurğulayım ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Bakının bütün rayonları kimi, Suraxanı da yeni həyata qədəm qoyurdu. Rayonun siması sürətlə deyil, asta-asta dəyişirdi. İllər sonra Suraxanıya getdikdə rayonu tamamilə dəyişmiş gördüm. Keçmişdə gördüyüm Suraxanı tamamilə başqa bir gözəllikdə qarşıma çıxdı.

Rayonun mərkəzində və qəsəbələrində həyata keçirilən geniş abadlıq-quruculuq işləri nəticəsində Suraxanı günü-gündən dəyişir. Qeyd edim ki, uzun illər bu rayon ərazisində yaşadığım üçün burada görülən işlərin böyük əksəriyyəti gözlərim qarşısında baş verib. Burada əhalini narahat edən bir sıra problemlər həll edilib. Məsələn, sakinlər həmişə deyirdilər ki, binaların həyətində xeyir-şər evləri yoxdur, bir sakinin yaxını rəhmətə gedəndə böyük xərc çəkib çadır qurdurur və s. Artıq bu problem öz həllini tapıb, demək olar ki, həyətlərin əksəriyyətində xeyir-şər evləri tikilərək sakinlərin ixtiyarına verilib.

Rayonun daim diqqət mərkəzində olan qəsəbələrindən biri Qaraçuxurdur. 1923-cü ildə əsası qoyulan qəsəbədə 75600 nəfər əhali yaşayır. Onların 8514 nəfəri məcburi köçkündür. Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.

Onu da vurğulayım ki, Suraxanı rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi hər zaman uca tutulur. Qaraçuxur qəsəbəsində şəhidlərin adları verilmiş küçələr, parklar var. Burada Quliyev Vüqar Məmmədəli oğlunun, Qurbanov Cəlal Bilal oğlunun, Şərifov Zaur Faiq oğlunun, İsmayılov Nizami Zeynalabdin oğlunun, İsmayılov Kərəm İdris oğlunun, Əliyev Yaşar Səməd oğlunun, Musayev İlqar Vaqif oğlunun, Şirinov Tərlan Orucbəy oğlunun, Mehbalıyev Əhməd Suliddin oğlunun, Cəfərov Samir Vaqif oğlunun, Bəkirli Etibar Mustafa oğlunun, Eyvazov Yusif Ayvaz oğlunun, Vəliyev Qəzənfər Həmid oğlunun, Alıcanov Rafiq Cəfər oğlunun adları küçələrə verilib.

146 saylı məktəb isə Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlunun adını daşıyır, həmçinin, Milli Qıəhrəmanın adına park salınıb və orada onun büstü qoyulub.

Suraxanı rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razılıq edirlər. Bildirirlər ki, rayon rəhbərliyi şəhid ailələlərinin hər bir probleminə həssaslıqla yanaşır. 

Qeyd edim ki, Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Zığ qəsəbələrində abadlıq-quruculuq işləri həyata keçirilir. İndiyə qədər rayonda ictimai, sosial-iqtisadi sahədə bir sıra uğurlu işlər görülüb.

Suraxanı rayonu ərazisində son illər həyata keçirilən hər bir uğurlu iş rayon sakinlərinin sosial rifahının yüksəlməsinin göstəricisidir.

Bildirim ki, son illər Suraxanı rayonunda sənaye məhsulunun istehsalına daha ciddi fikir verilib, eyni zamanda da rayonda 4000 minə yaxın yeni iş yeri açılıb. Məlumdur ki, son bir ildə rayon infrastrukturunun yenidən qurulması sahəsində işlər davam etdirilib və yeni qaz kəmərləri, su və kanalizasiya xətləri çəkilib. Bundan başqa, rayon ərazisində yüksək gərginlikli elektrik yarımstansiyası tikilib, təmirə ehtiyacı olanlar isə təmir edilərək istismara verilib. Onu da bildirim ki, müxtəlif mənbələr hesabına rayonda küçələrə və məhəllədaxili ərazilərə yeni asfalt örtüyü salınıb, Qaraçuxur qəsəbəsində Etibar Bəkirli küçəsinin 2,0 km hissəsi yenidən qurulub, uzunluğu 12,0 km olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3,0 kilometrlik hissəsi, uzunluğu 6,8 km olan Zığ-Hövsan avtomobil yolu yenidən qurulub.Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədilə yolların ətrafında irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılmaqdadır. Onu da vurğulayım ki, yolların kənarında yöndəmsiz vəziyyətdə olan, mövcud tikinti normalarının tələblərinə cavab verməyən, ətraf ərazinin ümumi görünüşünə xələl gətirən yerüstü kommunikasiya xətləri yerin altına salınıb, yeraltı kommunikasiya xətləri təmir edilib və ya dəyişdirilib, qalan hissələri nizama salınaraq rənglənib.

Son illər görülən işlərin davamı olaraq qəzalı su xəttləri dəyşdirilib, Yeni Suraxanı, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, “AB” yaşayış sahəsində “Atlanta” MTK, “V” yaşayış sahəsində “İB.İN.M-İNŞAAT” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri davam etdirilib. Rayonda, eyni zamanda, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanında yerləşən istismara yararsız 3 yaşayış binasının əvəzinə 12 və 14 mərtəbəli yaşayış binasının tikintisi, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisi, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri işləri də davam etdirilib.

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20,0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin dəstəyi ilə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 11, Oqtay Şabanov küçəsində 4 ədəd çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılıb, Oqtay Şabanov küçəsi 20 və 21 saylı binaların baş fasadının qarşısında yeni park salınıb. Hazırda Qaraçuxur qəsəbəsi 4042/60-cı məhəllədə 4, Yeni Günəşli “Q” yaşayış sahəsində 8 binanın həyəti abadlaşdırılır. 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində 2, Muxtar Fətəliyev küçəsində 3, Zaur Şərifov küçəsində 1, Cəlal Qurbanov küçəsində 1 binanın həyəti, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafı, Zaur Şərifov küçəsində 4 ədəd binanın həyəti abadlaşdırılıb, Elxan Həsənov küçəsində yerləşən 3 ədəd yaşayış binası təmir edilib. Ümumilikdə, rayonun qəsəbələrində bu dövr ərzində 20 “Nümunəvi abad məhəllə” salınıb.

Rayon ərazisində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də işlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilir.

Suraxanı rayonunun sosial-iqtisadi vəziyyətinin daha yüksək səviyyəyə çatdırılması üçün görülən işlər rayon sakinlərinin istəyinə uyğundur. Suraxanı sakinləri ilə söhbətim zamanı onlar bildirdilər ki, bir sıra çətinliklər rayon rəhbərliyi tərəfindən həll edilib. Sakinləri narahat edən bəzi məsələlər var ki, onları da qeyd etməyi lazım bildim. Məlum olduğu kimi, Qaraçuxur qəsəbəsində yerləşən Uşaq Parkı qəsəbədə yaşayan azyaşlıların oynayıb əyləndiyi bir məkan olub. Bir neçə il əvvələ qədər yararsız vəziyyətdə olan park əsaslı təmir işləri nəticəsində yenidən azyaşlı sakinlərin ixtiyarına verilmişdi. Son illər isə parkın yenidən təmir edilməsinə ehtiyac var. Sakinləri qayğılandıran məsələlərdən biri də nəqliyyatla bağlıdır. Onların dediyinə görə, Qaraçuxur və Zığ istiqamətində sərnişin sıxlığı olduğu üçün, xəttə verilən ictimai nəqliyyat vasitələrinin sayı əhalini təmin etmir. Sakinlər bildirirlər ki, yeni ictimai nəqliyyat marşrutlarının açılması məqsədəuyğundur. Onlar inanırlar ki, bu sahəyə məsul olan qurumlar problemi aradan qaldıracaqlar.

Suraxanı rayonu, bütövlükdə, daim inkişaf edən rayonlarımızdan biridir. Düşünürəm ki, bu rayon  qarşıdakı dövrdə öz nailiyyətlərini davam etdirəcək.

İradə SARIYEVA

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ