Azərbaycanın OPEK-ə daxil olması məsələsi gündəlikdə deyil. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, neft hasilatının azaldılması barədə saziş çərçivəsində Azərbaycanın OPEK-lə əməkdaşlığı uğurlu olub: “Azərbaycan OPEK+ çərçivəsində əməkdaşlığı uğurlu hesab edir. Məqsədlər əldə olunub və bu, bazarda da müşahidə olunur. Biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycanın OPEK-ə qoşulması məsələsi gündəlikdə deyil”.