Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Bakının  hər bir rayonu özünəməxsus cəhətlərinə, göstəricilərinə görə seçilir. Qaradağ rayonu paytaxtın iri və zəngin rayonlarından biridir. Bu rayon son illər sosial-iqtisadi cəhətdən daha çox inkişaf edən inzibati ərazi vahidlərindən biridir. Zaman-zaman adı dəyişdirilən və tarixi ədalətin bərpa edilməsi nəticəsində öz halal adına qovuşan Qaradağ rayonunun ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradıldığı məlumdur. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsasının qoyulduğu elan edilib.

Onu da vurğulayaq ki, rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Məlumatlara görə, rayonun adı Zaqafqaziyada ilk dəmir yolu stansiyalarından olan Qaradağ  stansiyasının adı ilə bağlıdır.

Qeyd edək ki, abadlığı ilə seçilən və daim inkişafda olan Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhər tipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırki Xocəsən və Sənqəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılıb.

Qaradağ rayonunda son illər davamlı olaraq həyata keçirilən tikinti-quruculuq işləri nəticəsində rayon mərkəzi və qəsəbələr abadlaşıb. Qəsəbələrdə fəaliyyət göstərən sənaye obyektləri, poliklinikalar, uşaq bağçaları, məktəblər, xidmət müəssisələri əhalinin sosial həyatında müsbət rol oynayır. Qaradağ sakinlərinin bildirdiyinə görə, qəsəbələrdə sakinlər üçün yaradılan şərait onların ürəyincədir.

Lökbatan qəsəbəsi sakinləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, qəsəbədə hər şey öz qaydasındadır, onları narahat edən yalnız qəsəbədaxili yolların bərbad vəziyyətdə olmasıdır. Sakinlər qeyd edirlər ki, qəsəbədaxili yollar əhaliyə hər cür çətinlik yaradır. Onların sözlərinə görə, yol problemi həll edilərsə, bundan razı qalarlar.

Sakinlərin bildirdiyinə görə, bir müddət əvvələ qədər nəqliyyat problemi ilə üzləşiblər, lakin rayon rəhbərliyinin səyləri nəticəsində problem birdəfəlik aradan qaldırılıb. Sakinlərin verdiyi məlumata görə, qəsəbədə işıq, qaz və su ilə bağlı hər hansı bir çətinlikləri yoxdur, qəsəbənin daimi su, işıq və qaz təchizatı var. Qəsəbədə yaşayan şəhid ailələrinə xüsusi qayğı və diqqətin olduğunu deyən sakinlər bildirdilər ki, rayon rəhbərliyi şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, onların qayğı və problemləri ilə maraqlanır, çətinlikləri aradan qaldırır. 

Qaradağ rayonunun sosial-iqtisadi cəhətdən inkişaf etməsi bir reallıqdır və rayon ildən-ilə yox, aydan-aya simasını dəyişir. Bir vaxtlar ucuz işçi qüvvələri üçün inşa edilən köhnə tipli baraklar və evlərin yerində böyük, işıqlı binalar ucaldılıb, sakinlər burada xoşbəxt yaşayırlar. Bu gün dinamik inkişafda olan Qaradağ rayonunda həm sosial, həm iqtisadi, həm mədəni sahədə böyük işlər görülür. Görülən işlərin sırasına innovasiyaların sürətlə tətbiqi, biznesin inkişafı üçün perspektivlərin yaradılması, böyük layihələrin reallaşdırılması və daşınmaz əmlaka xarici investisiyaların cəlb olunması daxildir. Ancaq buna qədər rayonun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün möhkəm iqtisadi təməl yaratmaq və onu gündən-günə möhkəmləndirmək zərurəti yaranıb.

Məlum olduğu kimi, 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan 300 meqavat gücündə modul tipli Səngəçal elektrik stansiyasının tikintisinə başlanması yaddaqalan hadisələrdən biridir. Qeyd edək ki, Səngəçal elektrik stansiyasının tikintisindən sonra Qaradağda müasir Gəmiqayırma zavodunun, Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan”, “Norm” yeni sement zavodlarının və bir sıra digər sənaye obyektlərinin  tikintisi reallaşdırılıb və bununla da dövlət başçısının qayğısı sayəsində tam yeni və müasir infrastruktura malik bir sənaye mərkəzinin gerçək yaradılmasının əsası qoyulub.

11 qəsəbənin  daxil olduğu Qaradağın sürətli inkişafına geniş imkanlar açan amillərdən biri də bu rayonun respublikanın əsas nəqliyyat arteriyası üzərində bərqərar olmasıdır. Məlum olduğu kimi, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının bu rayonda inşası isə rayonu, sözün həqiqi mənasında, nəqliyyat-logistika mərkəzinə çevirib.

Qaradağ rayonu daha çox sənaye rayonu olduğundan, bu sahə daha çox diqqəti çəkir.

Qaradağ ərazisində yeni tikilən və istehsal gücü ilə rayonun iqtisadi potensialını artıran sənaye müəssisələri ilə paralel olaraq Qaradağın sosial-məişət infrastrukturu da yenidən qurulub.

Məlumdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanan və uğurla həyata keçirilən 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları sayəsində çox işlər görülüb.

Qaradağ rayonunda köhnə binaların yerində yeni binaların tikintisi ilə bağlı pilot layihələr həyata keçirilib. Qeyd edək ki, son illər rayonda xüsusi layihə əsasında planlı şəkildə quruculuq-abadlıq və əsaslı yenidənqurma işlərinin aparılması, sosial infrastruktur layihələrinin icrası Qaradağ rayonunun simasını müasirləşdirib, rayonun küçə və parklarında, yaşayış binalarının həyətlərində, yol kənarlarında on minlərlə ağac və bəzək kolları əkilib.

Qaradağ rayonunun Ələt qəsəbəsində əsaslı yenidənqurma tədbirləri həyata keçirilib. Məlumata görə, qəsəbədə yeni sosial obyektlər tikilib, köhnə binalar əsaslı şəkildə təmir olunub. Yenidənqurma işləri zamanı ümumi görünüşə xələl gətirən tikililər və ya qəzalı vəziyyətdə olan binalar sökülərək müasir tələblər səviyyəsində yeni binalar inşa edilib. Qəsəbədə çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılıb, yeni abad məhəllələr salınıb.

Rayonda aparılan abadlıq-quruculuq, tikinti-bərpa işlərinin bütün qəsəbələri əhatə etməsi Qaradağda görülən işlərin geniş miqyasından xəbər verir. Abadlıq və quruculuq işləri Qobustan qəsəbəsini də əhatə edir. Qəsəbədə bir çox küçələr boyunca yerləşən binaların və parkların müasir və zövq oxşayan forma və üslubda yenidən qurulması işləri davam etdirilir. Vurğulayaq ki, eyni işlər digər qəsəbələrdə də həyata keçirilir. Məlumatlara görə, son 7-8 ildə Qaradağ rayonunda bir çox layihələr həyata keçirilib, minlərlə iş yerləri açılıb.

“Ölkəmizi tanıyaq” devizi altında Qaradağ rayonunun da yuxarı sinif şagirdlərinin daxil olduğu Bakı məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. Məktəblilərin vətənpərvərlik hissinin formalaşmasında bu kimi məsələlərin böyük rol oynadığı məlumdur. Azərbaycanın hər bir yerini gəzib görmək, bölgələrlə tanışlıq gənc nəslin həyatında mühüm rol oynayır.

Qeyd edək ki, Qaradağ rayonunda əhaliyə göstərilən səhiyyə xidmətinin də səviyyəsi sakinləri qane edir. Məlumatlara görə, bu ilin fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanıb. Humanitar aksiyanın mütəşəkkilliyini təmin etmək üçün Qaradağ Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılıb. Həmçinin, xüsusi tədbirlər planı hazırlanıb, qrafik tərtib edilib. Bu günədək rayondakı tibb müəssisələrində 6 mindən artıq rayon sakini ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunaraq sağlamlıqları haqqında məlumat əldə edib. Müayinə olunan sakinlərdən 901-i ambulator, 72-si stasionar müalicəyə cəlb edilib, 82 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Eyni zamanda, səhiyyə müəssisələrinin həkimləri rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. Rayon İcra Hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yarana biləcək neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılıb.

Qaradağ rayonunun sosial-iqtisadi inkişafını, burada görülən işləri görmək üçün rayonun qəsəbələrinə baş çəkmək, sakinlərlə söhbətləşmək kifayətdir. 

Rayonda bu sahədə görülən işlər mədəniyyət sferasını da əhatə edir. Belə ki, rayon ərazisində yerləşən kitabxanalar, mədəniyyət ocaqları daim diqqət mərkəzində saxlanır. Rayon ərazisində 5 mədəniyyət evi, 10 kitabxana, 1 klub və 1 qoruq fəaliyyət göstərir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu bu gün paytaxtımıza axın edən turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Dünya şöhrətli Qobustan qoruğunun Qaradağda yerləşməsi bu rayonun beynəlxalq miqyasda tanınmasına xidmət edib. 

Qaradağ rayonu uğurlu sosial-iqtisadi inkişaf yolu seçərək sabaha doğru daha da inamla addımlayır. Uğurlu olsun!

İradə SARIYEVA

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ