Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Nazir Azərbaycanda kiçik və orta sahibkarların yeni dövrünü başladan nüansları açıqladı - MÜSAHİBƏ

Image


Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. İqtisadiyyat naziri Şahin Mustafayev Trend-in yeni Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlığın inkişafında rolu barədə suallarını cavablandırıb.

- Bu qurumun yaradılması hansı zərurətdən irəli gəlir?

- Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, Ümumi Daxili Məhsulda özəl sektorun xüsusi çəkisi 80%-i, məşğulluqda payı isə 75%-i ötüb.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları, eləcə də Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq, Azərbaycan Prezidenti “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Bu sahədə təkliflər hazırlanarkən sahibkarlığın inkişafı və tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətlərinin göstərilməsi və onların dövlət təşkilatları, yerli və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstərən müvafiq təsisatlar fəaliyyət göstərir.

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının daha bir təzahürüdür.

- Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Prezidentinin fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Dövlət başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına köməklik göstərməli, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici və beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanmasını və icrasının təşkilini təmin etməlidir.

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr və informasiya-kommunikasiya resurslarına çıxış, marketinq və satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə və s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə də dövlət orqanları və təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOS evlərində təşkili, sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya və xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçiriləcək.

Bundan başqa, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət satınalmalarında KOS-ların iştirakının genişləndirilməsinə istiqamətlənmiş tədbirlər, kiçik və orta sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, müvafiq xarici və yerli təşkilatların KOS-ların dəstəklənməsinə cəlb edilməsi və sahəvi normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq.

- KOS Agentliyinin fəaliyyəti kiçik və orta sahibkarlara nə verəcək?

- Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin və əlçatanlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Agentlik tərəfindən qeyd etdiyimiz fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərlə yanaşı, KOS-lar üçün digər tələb olunan xidmətlərin, xüsusilə bazar araşdırmaların aparılması, elmi-tədqiqat və təhsil müəssisələri ilə əlaqələrin qurulması və qabaqcıl elmi-texnoloji yeniliklərin tətbiqi, sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, biznes inkubatorların fəaliyyətinin təşkili, sahibkarların müraciətlərinə baxılması və s. xidmətlərin “KOS evləri” vasitəsilə həyata keçirilməsi sahibkarlar üçün faydalı olacaq, onların səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayacaq.

Bununla yanaşı, KOS subyektlərinin hüquqi və biznes biliklərinə, mütəxəssis bankına və müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarının artırılması, dövlət xidmətlərindən bir məkanda istifadə imkanlarının yaradılması, biznes və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə vahid məlumat portalı yaradılacaq.

- Agentliyin fəaliyyətinin təşkili üçün hansı işlər görülür?

- Hazırda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması üçün təşkilati tədbirlər həyata keçirilir və sahəvi normativ hüquqi bazanın formalaşdırılması istiqamətində işlər aparılır. Belə ki, artıq müvafiq normativ-hüquqi sənədlərin layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Uzun müddət İqtisadiyyat Nazirliyində işləmiş və bu sahədə təcrübəyə malik Orxan Məmmədov Agentliyin icraçı direktoru təyin olunub.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin müvafiq fərmanla verdiyi tapşırıqların icrası olaraq, Agentliyin və onun tərkibində KOS evlərinin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, KOS-lar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat çıxışın təmin edilməsinə şərait yaradacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ