Fevralın 27-də vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Bakı-Xəbər”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinləri iştirak edib.
Qəbulda vətəndaşlar, əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət edib.
Görüşdə Vergilər Nazirliyinin yerli vergi orqanlarının rəhbərliyi də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.