çərşənbə günü, 01 iyul 2026
     

Sonuncu arının ölümündən sonra dünyadakı canlılar 4 il yaşayacaq – Bu sahədə ayrıca dövlət proqramının qəbuluna ehtiyac var

Image


Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq. Ötən həftə bu barədə jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verdi.

Prezidentin tapşırığı ilə arıçılığa dövlət dəstəyinin göstərilməsi istiqamətində bu il də lazımi addımlar atılacağını bildirən nazir dedi ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, yaxın günlərdə konkret qərar qəbul olunacaq. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda hər arı pətəyinə görə dövlət tərəfindən ildə 10 manat subsidiya veriləcəyini bildirib. Yəni, bir arıçının təxminən 20 arı ailəsi varsa, o, 200 manat subsidiya alacaq. Hesab edirik ki, bu, arıçılığın inkişafında mühüm rol oynacaq. Bu sahənin inkişafı üçün münbit baza da var.
Son illər Azərbaycanda arıçılığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına, bazarın yerli məhsullarla təmin olunmasına imkan verib. 2009-cu ildə “Arıçılıq haqqında” Qanun da qəbul olunub.
Dövlət başçısının tapşırığı ilə arıçılara subsidiyanın verilməsi bu sahənin daha inkişafına şərait yaradacaq.
İndiyə qədər bu mövzuda hazırlanan yazılarda, əsasən, arıçılığın iqtisadi əhəmiyyətindən bəhs olunub. Ancaq arıçılığın inkişafının ölkəmizə iqtisadi faydaları qədər digər faydaları da olacaqdır.
Bu günlərdə “Qurani-Kərim”i mütaliə edərkən, arıçılıqla bağlı xarici mətbuatda dərc olunan yazını oxuyarkən anladım ki, dövlət başçısı bu sahədə qərarları böyük uzaqgörənliklə qəbul edib. Bal arıları ekoloji tarazlığın qorunmasında, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır.
Bal arısı Allah-Taalanın yaratdığı o canlılardandır ki, onun adında “Qurani-Kərim”də surə var. “Qurani-Kərim”in “Ən Nəhl” (Bal arısı) surəsində buyurulur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”
Bəs “Qurani-Kərim”in nə üçün məhz 16-cı surəsi “Bal arısı” adlandırılıb? Aparılan elmi araşdırmalardan da məlum olduğu kimi, bal arısı ailəsini idarə edən, yəni arıların inkişafını təmin edən və yumurta qoyan ana arının yumurtadan çıxdığı günlərin sayı 16-dır. Bal arısının 16 xromosomu vardır. Digər bir maraqlı məqam ondan ibarətdir ki, “Qurani-Kərim”in 16-cı surəsinin 128 ayəsindən yalnız iki ayəsi, 68 və 69-cu ayələri sırf bal arısı barədədir. Hər üç ədəddə “6” rəqəmi var. Bu rəqəmin bal arısı ilə birbaşa əlaqəsinin olmasını sübut edən bunlardır: bal arısının şanı 6 bucaqlıdır, bal arısının 6 məhsulu (bal, mum, vərəmum, güləm, arı südü və arı zəhəri), 6 ətrafı, 6 geni (idarəetmə sistemi) vardır.
Alimlərin araşdırmalarına görə, həşəratlar arasında yeganə bal arısıdır ki, ana arı iki yumurtalığa malikdir. O, həm mayalanmış, həm də mayalanmamış yumurta qoyur. Mayalanmış yumurtadan işçi arı, maya­lanma­mış yumurtadan isə erkək arı çıxır. Ana arı elə yaradılıb ki, heç vaxt öz “qardaşı” ilə cütləşmir və ana arı erkək arılar ilə cütləşmədən də yumurta qoymaq qabiliyyətinə malikdir.
al arısının maksimal məhsuldar uçuşu 3 kilometr radiusundadır. Bal arısı bu radiusda tapdığı çiçək sahəsini, eləcə də pətəkdən həmin sahəyə qədər olan məsafəni müəyyən edir, bu barədə pətəkdə olan arı ailəsinə özlərinə məxsus nitq vasitəsilə xəbər verir. Bu, o deməkdir ki, pətəkdən həmin sahəyə neçə arının getməsi xüsusi nitq vasitəsilə çatdırılır. Çünki artıq sayda arının həmin sahəyə getməsi əlavə bal tükənməsinə səbəb olar və ailə heç bir nəticə əldə etməz. Deməli, bal arıları Allah-Taalanın möcüzəsidir, Uca Yaradanın iradəsi ilə hərəkət edirlər. Bu mənada, bal arılarının təbiətin zənginləşdirilməsində, ekoloji tarazlığın və insanların sağlamlığının qorunmasındakı mühüm rolu təsadüfi deyildir.
Alimlər yazır ki, canlıların yaşadığı mühitlə və mühitin canlı orqanizmlərlə qarşılıqlı əlaqəsi vardır. Bu əlaqələrdən biri də bal arıları ilə bitki aləminin qarşılıqlı münasibətidir ki, bunun əsasında çarpaz tozlanma dayanır. Çiçəkli bitkilərin 80 faizi ancaq çarpaz tozlanma ilə toxum əmələ gətirir ki, çarpaz tozlanmanı da ən yaxşı formada bal arıları həyata keçirir. Yaxşı hava şəraitində bir arı gün ərzində 4000 çiçəyə qona bilir, bir güclü arı ailəsi isə 15 milyondan 40 milyona qədər çiçəkdən keçir. Tədqiqatlarla müəyyən olunub ki, arı ailələrinin günəbaxan, qarabaşaq, pambıq sahələrinə vaxtında gətirilməsi nəticəsində həmin bitkilərin məhsuldarlığı 20-25 faiz artır.
Meyvə və giləmeyvələr bütünlüklə arılar tərəfindən tozlandırılarsa məhsuldarlıq 2 dəfə artar.
Hesablamalara görə, bal arıları ilə tozlandırma nəticəsində kənd təsərrüfatı bitkilərindən əldə olunan qazanc arıların istehsal etdiyi məhsulların dəyərindən 10 dəfələrlə çoxdur. Praktik olaraq sübut olunan fakt budur ki, kənd təsərrüfatı bitkiləri sahələrinin məhsuldarlığının artırılmasının ən sadə, ucuz yolu bal arıları vasitəsilə tozlandırmanı geniş tətbiq etməkdir. Ən yüksək aqrotexniki qaydalar, meliorativ tədbirlər, qiymətli bioloji-kimyəvi qatqılar belə, onu əvəz edə bilməz. Bal arılarının çarpaz tozlanmada iştirakı nəticəsində bitkilərin təkcə məhsuldarlığı, keyfiyyəti deyil, yaşıl kütləsi də xeyli artır. Yaşıllıqlar isə planetimizdəki bütün canlıların yaşamasının əsas səbəblərindən biridir. Yaşıllıqlar atmosferdə oksigen yaradır, karbon qazını udur, yerdə Günəş enerjisinin toplanmasına səbəb olur. Əgər bir avtomobilin il ərzində atmosferə, təqribən, 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və 200 kiloqram karbon qazı buraxdığını nəzərə alsaq, bitki aləminin, həşərat tozlandırıcıların, xüsusilə bal arılarının yerləşdiyi ərazidə ekoloji tarazlığın bərpa olunmasında, eroziyanın qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb etdiyi aydın olar.
İnsanlar tərəfindən təbiətin arzu­olunmaz dərəcədə dəyişdirilməsi arılarla, eləcə də digər tozlandırıcı həşəratlarla bitki aləmi arasındakı əlaqələrdə çox ciddi təhlükə yaradıb. Sənayenin sürətli inkişafı arı ailələrinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Son 40-50 ildə elmi-texniki tərəqqi, ətraf mühitin çirklənməsi, təbiət ərazilərinə tullantıların atılması arıların kütləvi qırılmasına, arı məhsullarının tərkibinin keyfiyyət baxımından dəyişilməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, dahi Albert Eynşteyn sonuncu arının ölümündən sonra dünyadakı canlıların 30 il, indiki alimlər isə, sadəcə, 4 il yaşayacağını bildiriblər.
Deməli, bal arıları canlı aləmin, bütövlükdə dünyanın var oluşunun əsas səbəblərindən biridir. Bu mənada, dövlət başçısının arıçılara subsidiyanın verilməsi ilə bağlı tapşırığı strateji məqsədlərə xidmət edir.
Dünyanın inkişaf etmiş ölkələrinin keçdiyi yolu, qazandıqları uğurları təhlil etdikdə görürük ki, onların müəyyənləşdirdiyi hədəflər olub. Təbii ki, Azərbaycanın da uzaq perspektiv üçün nəzərdə tutulan hədəfləri vardır. Bu hədəflərə çatmaq üçün mərhələli şəkildə tədbirlər həyata keçirilir. Əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, təbiəti zənginləşdirmək, ekoloji tarazlığı qorumaq, ixrac imkanlarını genişləndirmək məqsədilə bir sıra dövlət proqramları qəbul olunaraq uğurla icra edilib. Növbəti mərhələdə məhsuldarlığı yüksəltmək, flora ehtiyatlarını qorumaq və daha da zənginləşdirmək, əhalinin sağlamlığını keyfiyyətli məhsullarla qorumaq lazımdır ki, məhz bu mərhələdə arıçı­lıqla bağlı tədbirlər görülür. Fikrimizcə, bu sahədə ayrıca bir dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Belə bir proqramın qəbulu arıçılığın inkişafına çox ciddi təsir göstərər, onu aqrar bölmənin mühüm bir sahəsinə çevirər, arıçılıqla məşğul olan təsərrüfat sahiblərinə geniş imkanlar yaradar. Əvvəldə də qeyd etdiyimiz kimi, arılar təkcə min bir dərdin dərmanı olan bal istehsal etmirlər, onlar həm də ekoloji tarazlığın qorunmasında, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında mühüm rol oynayırlar.
İqtisadiyyatımızın daha da inkişafına, təbiətimizin zənginləşdirilməsinə, ekoloji tarazlığın qorunmasına nail olmaq məqsədilə bu sahə üzrə mütəxəssislər, iqtisadçılar arıçılıqla bağlı dövlət proqramının qəbul olunması üçün məsələ qaldırmalıdırlar. Nəzərə alsaq ki, dövlət başçısı qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafını prioritet elan edib, son günlər sitrus meyvəçiliyinin, çayçılığın inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub, deməli bu, tamamilə mümkündür. Sadəcə təşəbbüs irəli sürmək və bu proqramın verəcəyi faydaları əsaslandırmaq lazımdır.
Tural Səfərov



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 20:01
Lyayen Prezident İlham Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata birgə bəyanatla çıxış ediblər - FOTO

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

01.07.2026 / 18:55
Trampdan İranla bağlı yeni açıqlama - "Tehran böyük uğurlar qazandı"

01.07.2026 / 18:53
ABŞ prezidentliyinə qayıtdıqdan sonra Trampın qazancı 1 milyardı keçdi - kriptovalyutadan...

01.07.2026 / 18:39
Avroittifaqın sabiq və hazırkı komissarlarının davası başlayıb...

01.07.2026 / 18:28
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTO

01.07.2026 / 18:11
Rəsmi Bakının Lyayendən konkret umacaqları var - Avrokomissar bunu buraxmasa...

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

01.07.2026 / 15:35
Rusiyada bu dəfə deputatların çoxu qadınlar olacaq...

01.07.2026 / 15:27
Brüssel Bakı və İrəvanla regionda yeni birgə layihələr təklif edir, Cənubi Qafqazda Rusiyanı sıxışdırır

01.07.2026 / 15:19
Paşinyan Netanyahunun saxta "erməni genosidi" qərarına heç bir əhəmiyyət vermədi...

01.07.2026 / 15:15
Dünya Taekvondo Federasiyasından parataekvondoçularımıza xüsusi dəvət

01.07.2026 / 15:07
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə tanış olub - FOTO

01.07.2026 / 14:55
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - FOTO

01.07.2026 / 14:49
MEDİA-nın “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri bəlli oldu

01.07.2026 / 14:45
Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

01.07.2026 / 14:27
"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsinin üçüncü mərhələsinə start verildi

01.07.2026 / 14:01
Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

01.07.2026 / 13:55
“İdrak” liseyində güllələmə işi - ittiham aktı elan edildi...

01.07.2026 / 13:47
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

01.07.2026 / 13:37
Dohada İran və ABŞ arasında danışıqlar başlayıb...

01.07.2026 / 13:28
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

01.07.2026 / 13:16
Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan bankları hesablara rublla qoyulan əmanətləri məhdudlaşdırmağa başladı...

01.07.2026 / 12:57
Rusiya Kiyevi ələ keçirmək üçün yeni hücuma başlayır - Putin orduya əmr verdi...

01.07.2026 / 12:09
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə...

01.07.2026 / 11:51
Şahdağa qar yağdı

01.07.2026 / 11:34
Qərb nüvə silahının yeni yaranacaq respublikaların əlinə keçəcəyindən ehtiyatlanır

01.07.2026 / 11:17
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

01.07.2026 / 11:15
Prezident İlham Əliyev Somali Prezidentini təbrik etdi

01.07.2026 / 11:03
DÇ - 2026: 1/8 finalın daha üç iştirakçısı bu gün müəyyənləşəcək...

01.07.2026 / 10:30
"BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı

01.07.2026 / 10:20
Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub - FOTO

01.07.2026 / 10:05
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO

01.07.2026 / 09:51
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO

01.07.2026 / 09:26
Azərbaycanda qadınların pensiya yaşı artırıldı

01.07.2026 / 09:07
ABŞ daha iki amfibiya gəmisini Yaxın Şərqə göndərdi - niyəsi maraqlıdır…

01.07.2026 / 06:40
Rusiya bəzi sərhəd keçidlərini bağladı - İlginc…

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

30.06.2026 / 19:25
Postsovet məkanında Qarabağdan sonra növbəti separatçılıq ocağı söndürülür... Təcrübəmiz yayılır...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ