Ölkəmizdə fəaliyyət göstərən bəzi informasiya saytları Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, "NAZ Lifan" avtombillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılı,, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən "NAZ Lifan 820" və "NAZ Lifan 620" modellərinin satışı həyata keçirilib. Zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə "NAZ-Lifan" avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.
Baki-xeber.com