Gömrük Komitəsinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, martın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda bölgədə yerləşən Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarının sakinlərinin müraciətləri dinlənib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Baki-xeber.com