Bazar günü günü, 25 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər...
Tarix: 11.05.2016 / 01:44
Bölmə: İqtisadiyyat
Ağlımız kəsəndən bəri milyonlarla dəfə eşitdiyimiz "Su həyatdır" sözlərini bir çox hallarda yalnız məişətimizlə bağlamışıq. İnsanların ta ibtidai icma dövründən yaşayış məskənlərini su hövzələrinə yaxın yerlərdə salmasını da məhz bu kontekstdən şərh etmişik və dediklərimizə sübut kimi göstərmişik.
Təbii, bu fikirlərdə böyük həqiqət payı var və susuz həyatın mümkün olmadığı isbata ehtiyacı olmayan aksiomadır. Lakin bəzən unuduruq və ya fərqinə varmırıq ki, bizim öz orqanizmimizin də əsasını məhz su təşkil edir.
Həyatımızın ayrılmaz hissəsi olan su önəminə görə insan orqanizmində oksigendən sonra ikinci yeri tutur. Belə ki, qanımızın 92, beynimizin 75, sümüklərimisn isə 22 faizini məhz su təşkil edir. İnsan bədənindəki suyun 2 faizini itirirsə, orqanizmdəki su balansı pozulur və onda susuzluq hissi yaranır. İtki 6-8 faiz arası olanda insanda bədbin əhval-ruhiyyə, 10 faizə çatanda hallüsinasiya halı yaşanır, 12 faiz su itkisi isə artıq ölümdür. Təsadüfi deyil ki, insan yeməksiz 6 həftə yaşaya bildiyi halda, susuz cəmi bir neçə gün qala bilir.
Yaşadığımız müasir dövr həm də su mənbələrinin çatışmazlığı ilə xarakterizə oluna bilər. Belə ki, hazırda dünyanı təhdid edən qlobal problemlərdən biri də məhz su çatışmazlığıdır. Verilən məlumatlara görə, hazırda Yer üzündə təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, bu isə hər 17 saniyədə bir ölüm faktı deməkdir. Bir çox ölkələrdə içməli su çatışmazlığı insanların keyfiyyətsiz, bakteriyalarla çirklənmiş su mənbələrindən istifadə etməsinə gətirir ki, bu da müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına münbit şərait yaradır. Təsadüfi deyil ki, dünya ölkələrində yayılan, bir çoxu infeksion xarakter daşımaqla insanlığı təhdid edən xəstəliklərin 80-nin səbəbi məhz belə su hövzələrindən istifadə olur. Statistika göstərir ki, hər il 3 milyon insan məhz su problemləri üzündən dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.
Sudan söz düşmüşkən Azərbaycanın Sərsəng Su Anbarı və onun ətrafında yaşananlardan danışmadan keçmək olmaz. Azərbaycanın kifayət qədər böyük ərazisini - Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını su ilə təmin edən bu su anbarı 1976-cı ildə Tərtərçayın üzərində - keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilib və erməni işğalına qədər adıçəkilən rayonların 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Onun ümumi sututumu 560 mln kvm, bəndinin hündürlüyü isə 125 m-dir. Torpaqlarımızı işğal edən ermənilər bu su anbarının önünü kəsməklə, həm də ətraf rayonlarımıza qarşı terror həyata keçirirlər. Belə ki, yay aylarında suyun qarşısını kəsməklə əkinlərin tələf olmasına səbəb olan bədnam qonşularımız qış aylarında - yağıntının bol olduğu və suvarmaya ehtiyacın olmadığı dönəmdə suyu buraxmaqla kəndlərimizdə əkin sahələrini, hətta evləri su basmasına səbəb olurlar ki, bu həm də orada yaşayan 400 min nəfərə yaxın əhali üçün hər an təhdid deməkdir. Üstəlik, verilən həmin su ciddi kimyəvi çirklənməyə məruz qaldığından, məişətdə istifadə olunması müxtəlif dəri-zöhrəvi və mədə bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. O üzdən hazırda Azərbaycan dövləti müharibə vəziyyətində olduğumuz bu ölkə ilə həm də sözügedən "cəbhədə" mübarizə aparır.
Paytaxt Bakının su təchizatına gəldikdə isə, son illər bu sahədə görülən işlər və əldə olunan uğurlar barədə danışmağa dəyər. Ötən əsrin 70-ci illərində şəhərin içməli su ilə təminatında yaşanan problemlər onun həlli istiqamətində tədbirlər görülməsini gündəmə gətirmişdi. Bunun bir səbəbi də Abşeronda içməli su mənbələrinin yox dərəcəsində olması idi. Elə yarımadanın adı - "ab-şoran", yəni duzlu su anlamına gəlirdi və bu suyun içməyə yararsız olduğu hər kəsə bəlli idi. O zaman Bakının su tələbatı əsasən "Şollar" suyu hesabına təmin olunurdu. Məlumat üçün deyək ki, "Şollar" Abşeron yarımadasının içməli su təchizatı məqsədilə çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndində yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir. Bakıətrafı kəndlərə gəldikdə isə, bu kəndlərdə hələ qədim dövrdən ovdanlar tikilərək yağıntı suları ora toplanır, daşdan süzülərək təmizlənən bu su əhalinin istifadəsi üçün yararlı hala gəlirdi.
Abşeron yarımadasının içməli su təchizatında Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksinin də böyük rolu olub. Bu anbar da ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. Samur çayının suyunun Ceyranbatan anbarına gətirilməsini və burada təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tutan layihənin icrasına isə onun işlənməsindən təxminən yarım əsr sonra başlanır. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilir. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılır və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlanır. Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 % təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür.
Daha sonra Kür suyunun Bakıya çəkilməsi barədə qərar qəbul edilir və 30 ay sürəcək inşaat işlərinə start verilir. Lakin 1970-ci il iyunun 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin çəkilişinin sürətləndirilməsi gündəmə gətirilir. Bundan sonra işlər sürətləndirilir və 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılır. 1970-ci il sentyabrın 27-də Birinci Kür su kəmərlərinin birinci xətti, bir il sonra - 1971-ci il sentyabrın 15-də ikinci xətti istifadəyə verilir.
1980-88-ci illərdə İkinci Kür su kəmərləri sistemi ilə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Sistemin ikinci növbəsinin istismara verilməsi yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində su qıtlığı problemini aradan qaldırır.
Lakin bəllidir ki, həmin illərdə artıq ölkəmiz ciddi qaçqın-köçkün problemi ilə üzləşməyə başlamışdı. Ermənistanın təcavüzü nəticəsində yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımızın əksəriyyəti isə məhz Bakıya üz tutmuşdu. Bunun bir səbəbi paytaxtda iş tapmağın daha asan ola biləcəyi fikri idisə, digər daha böyük səbəb onların sürətlə irəliləyən vəhşi ordudan bacardıqca uzaqlara qaçmaq istəyi idi. Beləliklə, dinc dövrün urbanizasiyasından fərqli olaraq, Bakı xaotik şəkildə yüklənirdi. Təbii, sakinlər artdıqca sosial tələblər də çoxalırdı ki, gənc müstəqil ölkənin mövcud imkanları bu tələbatı qarşılamaqda aciz idi. Məhz bu səbəblə də Bakı və ətraf qəsəbələrinin içməli su təminatının öhdəsindən gəlinməsi məqsədilə su verilişinin qrafik üsuluna keçidinə qərar verildi. Bu üsul o dövr üçün çox uğurlu seçim olsa da, illər keçdikcə insanları qane etməməyə başladı. Bu səbəbdən getdikcə binaların üzərində çoxalan, sakinlər tərəfindən qaldırılan ehtiyat su çənləri daha bir problemi gündəmə gətirdi. Bu dəfə memarlar həyəcan təbili çalmağa başladılar ki, həmin binalar inşa olunarkən bu ağırlığı saxlamağa hesablanmayıb və bunun ciddi fəsadları ola bilər. Eyni zamanda qrafiklə su təchizatı da zaman ötdükcə insanların artan tələbatı qarşısında aciz qaldı. Çünki qablara toplanan sular gündəlik tələbatı qarşılamır, sonucda natəmizlik yaranır, hətta bəzi binalara üfunət iyindən girmək olmurdu. Bütün bunlar isə paytaxt üçün yeni bir iri layihənin həyata keçirilməsini zəruri etmişdi. Belə bir vaxtda - 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə mərhum prezident Heydər Əliyev Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı vəziyyətin öyrənilməsinə göstəriş verir.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə başlanıb. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və "Azərsu" ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi isə 2010-cu il dekabrin 28-də keçirilir.
Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun olan bu keyfiyyətli su hazırda Bakı şəhərinə özüaxımlı rejimdə veriləməklə paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir. Bu kəmərlə paytaxta saniyədə 5 kubmetr su verilir. Uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr olan özüaxımlı və şüşəlifli (GRP) borularla çəkilmiş kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsinin tikintisində polad borulardan istifadə olunub. Kəməri su ilə Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu təmin edir. Quyulardan çıxan su şəbəkə vasitəsilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan 2 su anbarına, oradan isə magistral kəmərə ötürülür. Magistral kəmər boyu 3 yerdə təzyiq nizamlayıcı kameralar (Oğuz qurğular kompleksində, 153-cü km-də və Abşeron qurğular kompleksində), 2 yerdə isə təzyiq qırıcı kameralar (31-ci və 158-ci km-də) quraşdırılıb. SCADA sistemi ilə nəzarət olunan kəmər 8 rayonun ərazisindən keçir.
Bu gün, sevindirici haldır ki, artıq Bakı və qəsəbələri fasiləsiz içməli su ilə təmin olunur. Dünyanın ünlü ölkələrinin içməli su problemi ilə üz-üzə qaldığı bir dönəmdə Azərbaycanın onu kökündən həll etməsi qürur doğurmaqla bərabər, həm də onun düzgün və özünəinamlı davamlı strateji kurs götürdüyündən xəbər verir. Təsadüfi deyil ki, 1996-cı ildə yaradılan Dünya Su Şurasının bu yaxınlarda Fransanın Marsel şəhərində keçirilən 7-ci Baş Assambleyasında ölkəmiz qurumun İdarə Heyətinə üzv seçilib. Belə bir mötəbər təşkilatın İdarə Heyətinə üzvlüyün Azərbaycanın su təsərrüfatı üçün önəmini əlavə şərh etməyə, təbii ki, ehtiyac yoxdur. Bu uğurun arxasında isə gərgin əməyin, doğru idarəetmə strategiyasının və ən önəmlisi - Vətən təəssübünün durduğu heç bir şübhə doğurmur.
Bütün bunlar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin qarşısına yeni vəzifələr qoymaqla yanaşı, onun önündə inkişaf üçün geniş üfüqlər açır. Bizə isə "Uğurlarınız su kimi axarlı olsun" demək qalır...
Samirə SƏFƏROVA
Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
Tarix: 20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı...
- VİDEO
23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu
23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir
23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı
23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir
23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar
- “Hicab həbsləri davam edir” iddiaları...
23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır -
Çinə böyük zərbə planı işə düşür
23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...
23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...
23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
- VİDEO
23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir -
Ukrayna nəyi hədəfləyir?..
23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı
- səhv etdik...
23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...
23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...
23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ
- ABŞ-a dəstəyi dayandırın, yoxsa...
23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR
- hərbi rütbədə olma müddəti bir il azaldılır...
23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
- FOTO/YENİLƏNDİ
23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi
23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi
23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi
23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı
23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər
– Deputat 3 hədəf göstərdi...
23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...
23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
- FOTO
23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi
- "Zelenskinin açıqlaması yersizdir"...
23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi
- azyaşlılarla hərəkət zamanı...
23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
- YARIM MİLYONLUQ YEYİNTİ...
23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu
23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu -
11 dekabra kimi ifadə verməyə məcburdur…
23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi -
Zelenski “xoruzun quyruğunu” gördü…
23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı
22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması
- Rusiya-Ukrayna müharibəsi (2014-2026)
22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi
22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...
22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ